Zığ massivində torpaq sürüşməsi

Yağışlar nəticəsində Azərbaycan sürüşməyə başlayıb

57
(Yenilənib 21:25 19.09.2016)
Zığda artıq 120-130 ev təhlükə qarşısındadır.

BAKI, 19 sen-Sputnik. Son günlər Azərbaycanda havaların yağışlı keçməsi nəticəsində sürüşmə sahələrində aktivləşmə artıb. 

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə APA-ya açıqlamasında deyib ki, Bakı üzrə ən təhlükəli zona Zığdadır. Onun sözlərinə görə, Zığda vəziyyət xeyli fəallaşıb və artıq 120-130 ev təhlükə zonasındadır:

"Zığ massivi zonasında evlərdə çatlar genişlənib, proses sürətlənib və evlər üçün təhlükə artıb. Digər sürüşmə sahələrində nisbi fəallıqdır və gözə görünən proses yoxdur. Amma Zığ tərəfdə vəziyyət yaxşı deyil".

Əlizadə qeyd edib ki, Azərbaycanın digər rayonlarında da fəallaşma müşahidə edilir. O əlavə edib ki, İsmayıllı-Ağsu-Şamaxı zonasında yüksək fəallaşma var:

"Nisbi fəallaşma Lənkəran, Şabran-Xızı zonasındadır. Sürüşmə sahələrində fəallıq var, amma kəndlərə böyük ziyan dəyməyib, yollar bağlanmayıb. Qobustan-Şamaxı-İsmayıllı, Qobustan-Şamaxı-Ağsu yolları ətrafındakı sürüşmə zonalarında fəallıq var. Bir də yağış yağarsa, yollaın bəziləri bağlana bilər".

57
Teqlər:
İsmayıllı-Ağsu-Şamaxı zonası, Zığ massivi, İsmayıllı, sürüşmə, Azərbaycan, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu, Elbrus Əlizadə
Əlaqədar
Bakı-Şamaxı yolunda təhlükəli sürüşmə
Bakı-Şamaxı-Yevlax magistralında sürüşmə yenidən aktivləşib
Azərbaycanda yeni sürüşmə sahələri açıqlandı
Qar əridikcə sürüşmə sahələri aktivləşəcək
Azərbaycanda bəzi sürüşmə sahələri aktivləşib
DSX əsgəri, arxiv şəkli

Baş Prokurorluq sərhədi qanunsuz keçənlərlə bağlı xəbərdarlıq etdi

7
(Yenilənib 12:43 21.10.2020)
Xarici vətəndaşlardan Azərbaycan Respublikasının silahlı qüvvələrinə qarşı, eləcə də Azərbaycan Respublikasının ərazilərinin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi iştirak etməmələri tələb olunur.

 

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılmış araşdırmalarla son günlərdə müxtəlif terror təşkilatlarının üzvlərinin, o cümlədən xarici ölkə vətəndaşlarının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan Ermənistan ərazisindən qanunsuz keçərək Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə gəlib qanunsuz silahlı birləşmələr yaratmaları,eləcə də ərazilərimizin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi istifadə edilmələri müəyyən edilib.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, bu kimi qanunsuz halların qarşısının alınması məqsədilə xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə hansı qaydada gəlmələri ilə bağlı fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində növbəti dəfə maarifləndirici videoçarxlar hazırlanıb.

Xarici vətəndaşlardan Azərbaycan Respublikasının silahlı qüvvələrinə qarşı, eləcə də Azərbaycan Respublikasının ərazilərinin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi iştirak etməmələri tələb olunur.

7
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
OPEC-in mənzil-qərargahı, arxiv şəkli

OPEC neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməməsini hədəfləyir

8
OPEC-in prezidenti Əbdülməcid Əttar 2021-ci ilin əvvəlindən etibarən neft qiymətlərində artım gözlənildiyini bildirib.

BAKI, 21 oktyabr — Sputnik. Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bu quruma üzv olmayan neft istehsal edən digər ölkələrdən ibarət OPEC+ qrupunun üzvləri 2020-ci ilin sonuna qədər neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməməsini hədəfləyir.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Əlcəzairin Energetika naziri və OPEC-in müvəqqəti prezidentliyini icra edən Əbdulməcid Əttar məlumat verib. O, OPEC+ qrupunun neft bazarını və qiymət sabitliyini qorumaq üçün bütün lazımi addımları atmağa qərar verdiyini deyib.

Yeni növ koronavirus (COVID-19) epidemiyası səbəbiylə dünyada neftə olan tələbatın gündəlik 9 milyon bareldən çox azaldığını bildirən Əttar 2021-ci ilin əvvəlindən etibarən neft qiymətlərində artım gözlənildiyini də bildirib.

Qeyd edək ki, aprel ayında OPEC+ qrupu ölkələri may ayının əvvəlindən iyulun sonuna qədər gündəlik neft hasilatını 9,7 milyon barelə, avqustdan ilin sonuna qədər isə 7,7 milyon barelə endirmək barədə qərar qəbul etmişdi.

8
Teqlər:
neft, OPEK, OPEC