Осень

Sabah əsl payız havası olacaq

2278
Yağış yağacaq, külək əsəcək.

BAKI, 18 sen-Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadla xəbər verir ki, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturunun gecə 17-20° isti, gündüz 25-29° isti, Bakıda gecə 18-20° isti, gündüz 26-28° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, sentyabrın 19-da hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

2278
Teqlər:
Bakıda və Abşeron yarımadası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, külək, yağış
Əlaqədar
Tutqun və yağışlı hava şəraiti gözlənilir
Sabah hava yağmursuz olacaq
Dəyişkən hava şəraiti gözlənilir
Hava haqqında xəbərdarlıq: sulu qar gözlənilir
Sabaha olan hava proqnozu açıqlandı
Termometr, arxiv şəkli

Pnevmoniya, qrip, zökəm infeksiyalardan qorunmaq üçün ...

27
Mütəxəssislər vitaminləri və digər dərman vasitələrini qəbul edərkən həkimlə məsləhətləşməyi tövsiyə edirlər.

BAKI, 4 avqust — Sputnik. Ekspertlərin fikrincə, D vitamini sağlamlıq üçün çox əhəmiyyətlidir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, D vitamini orqanizmin müdafiə sistemi ilə əlaqəlidir.

Həkimlərin fikrincə, D vitamini çatışmazlığı çox zaman qəbul edilməyən və ya stressin, yorğunluğun əlaməti kimi qəbul edilən əlamətlərlə özünü göstərir.

D vitamini çatışmazlığının əsas əlamətlərindən biri sümüklərin ağrıması, oynaqlarda iltihabi proseslərin yaranmasıdır.

Eyni zamanda D vitamni çatışmazlığı zamanı qrip, pnevmoniya, zökəm və digər infeksiyalara yoluxma riski artmış olur.

D vitamni çatışmazlığının digər əlamətləri daimi yorğunluq hissi, depressiv əhval, yaraların gec sağalması, əzələlərdə ağrı, saçın tökülməsi və s. var.

Mütəxəssislərin fikrincə, tələb edilən qədər vitamin almaq çox asandır.

Məsələn, qida rasionuna dəniz məhsulları, göbələk, yumurta və pendir daxil etməklə D vitamini qəbul etmək mümkündür.

Eyni zamanda açıq havada idmanla məşğul olmaq da faydalıdır.

Mütəxəssislər vitaminləri və digər dərman vasitələrini qəbul edərkən həkimlə məsləhətləşməyi tövsiyə edirlər.

27
 Bakıda çimərlik, arxiv şəkli

Çimərliklərdə monitorinq - harda çimə biləcəyinizi açıqladılar

51
Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri istifadəyə yararlıdır.

BAKI, 4 avqust — Sputnik. Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən çimərliklərdə monitorinqlər keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, aparılan monitorinq və araşdırmaların nəticələrinə görə, Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri istifadəyə yararlıdır.

Hazırda Xəzər dənizinin digər çimərliklərində də monitorinq və araşdırmalar davam etdirilir.

51