Rauf Mirqədirov

Rauf Mirqədirov Almaniyaya getdi

15
Tanınmış jurnalist Varşavada keçiriləcək seminarlara qatılacaq

BAKI, 16 sen — Sputnik. Tanınmış jurnalist, politoloq Rauf Mirqədirov Almaniyaya gedib. Bu barədə Sputnik-ə açıqlama verən jurnaslist hazırda Frankfurtdadır, sonra oradan Varşavaya — seminarlara yollanacaq. Daha sonra isə o, İsveçrədə yaşayan ailəsini ziyarət edəcək.

15
Teqlər:
İsveçrə, Almaniya, Rauf Mirqədirov, politoloq, jurnalist
Əlaqədar
Rauf Mirqədirov azadlığa buraxıldı
Rauf Mirqədirov bəraət istəyib
Ombudsmanın nümayəndələri Rauf Mirqədirov və Arif Yunusla görüşüblər
Hüquq müdafiəçisi həbsxanada Rauf Mirqədirov və Arif Yunusla görüşəcək
Xankəndi şəhərinə mənzərə, arxiv şəkli

Dövlət Tərcümə Mərkəzi "Xankəndi necə Stepanakert oldu" adlı sənədli videoçarx hazırlayıb

1
Beynəlxalq internet məkanında, sosial şəbəkələrdə 10 dildə yayımlanacaq videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib.

BAKI, 23 noyabr — Sputnik. Dövlət Tərcümə Mərkəzi qədim Xankəndinin tarixindən, Rusiya və İran arasında bağlanmış 1828-ci il tarixli Türkmənçay müqaviləsinə əsasən, Dağlıq Qarabağa köçürülmüş ermənilərin uzun illər boyu Azərbaycanın bu əzəli torpaqlarında apardığı erməniləşdirmə siyasətindən bəhs edən "Xankəndi necə Stepanakert oldu" adlı sənədli videoçarx hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, beynəlxalq internet məkanında, sosial şəbəkələrdə ingilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrayna, ispan və alman dilində yayımlanacaq videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib.

1
Teqlər:
kütləvi informasiya vasitələri, ingilis, ərəb, fars, Dağlıq Qarabağ, Azərbaycan, sosial şəbəkələr, Xankəndi
Azərbaycan və Türkiyə bayraqları olan tablo, arxiv şəkli

Ankara Opera Balet Teatrında ölkəmizə dəstək məqsədilə bədii proqram təqdim ediləcək

1
(Yenilənib 23:33 23.11.2020)
Proqramda solistlər Şəfiqə Kutluər və Şənol Talınlı zəfər tərənnümlü ifalarla tamaşaçıların qarşısına çıxacaqlar. Konsert noyabrın 27-də baş tutacaq.

BAKI, 23 noyabr — Sputnik. Ankara Opera və Balet Teatrında Azərbaycana dəstək məqsədilə zəngin bədii proqram təqdim ediləcək.

Sputnik Azərbaycan xəbər verir ki, proqram Azərbaycanın Türkiyədəki Səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF) və Anadolu Mədəniyyətlərin araşdırılması və inkişafı dərnəyi tərəfindən birgə təşkil olunacaq.

Proqramda solistlər Şəfiqə Kutluər və Şənol Talınlı zəfər tərənnümlü ifalarla tamaşaçıların qarşısına çıxacaqlar. Konsert noyabrın 27-də baş tutacaq.

1
Teqlər:
dəstək, proqram, teatr