Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Yazıçılar Birliyində adamlar özlərini təbrik etdirirlər

© Photo : REPORT IAAzərbaycan Yazıçılar Birliyi
Azərbaycan Yazıçılar Birliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Fikrət Qoca: "Rüstəm Behrudi ad gününün qeyd olunmasını istəyirdisə, bizə müraciət edəydi"

BAKI, 14 sen-Sputnik. Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Fikrət Qoca tanınmış şair Rüstəm Behrudinin bu qurumdan istefa verməsinə münasibət bildirib.

Sputnik-in məlumatına görə, qaynarinfo-ya danışan Fikrət Qoca deyib ki, təmsil etdiyi qurumun üzvlərinin ad günlərinin qeyd olunduğu ümumi bir siyahı var. Əgər Rüstəm Behrudi ad gününün xüsusi qeyd olunmasını istəyirdisə, Yazıçılar Birliyinə zəng vurub, bildirəydi.

"Biz hər il onun ad gününü təbrik edəsi deyildik ki? Yubileyinin qeyd olunmasını istəyirdisə, bunu bizə bildirəydi" — deyən Fikrət Qoca Rüstəm Behrudinin AYB-dən istefa qərarına etiraz etmir.

"Əgər o belə bir qərar veribsə, biz nə deyə bilərik ki? Amma əgər narazılığı var idisə, bizə bildirəydi, birgə danışıb, narazılığı aradan qaldıraydıq. Yazıçılar Birliyinin 1500-dən artıq üzvü var. Biz onları bir-bir yadda saxlaya bilmərik. Kim doğum gününün, yubileyinin keçirilməsini istəyirsə, bizə müraciət edir. Biz də çalışırıq onun yubileyini layiq olduğu səviyyədə keçirək" — deyə Qoca bildirib.

Qeyd edək ki, Azərbaycanın tanınmış şairi Rüstəm Behrudi Azərbaycan Yazıçılar Birliyindən istefa verib. Bu haqda şair facebook hesabında paylaşdığı statusda bildirib:

"Mən az qala 30 ilə yaxındir ki, əvvəllər SSRİ Yazıçılar İttifaqının, sonradan Azərbaycan Yazıçılar Birliyinin üzvü oldum. Və bir Tanrı şahiddir ki, o təşkilatdan heç bir umaçağım olmadı. Ancaq indi baxıb görürəm ki,bu uzun illər ərzində ədəbiyyat tüccarlarına doğum günlərində mədhiyyə oxuyan YB-nin ədəbi orqanları bircə dəfə də olsun doğum günlərində adımı çəkməyib. Niyə? Görəsən Şerləri Türk dünyasında dillər əzbəri olan bir şairə bu cür münasibət hardan qaynaqlanır?. Bir quruca təbrikə nə deyirsiniz,əfəndilər? YB üzv olmaq məsuliyyətindən özümü bu gündən qurtarmış hesab eləyirəm. Hamıya sevgi və sayğılarımla! Rüstəm Behrudi."

Qeyd edək ki, Rüstəm Behrudi 1957-ci il sentyabrın 12-də Ordubad rayonunun Behrud kəndində anadan olub.

Xəbər lenti
0