Tibb bacısı. Arxiv şəkli

Avqustda Azərbaycanda rekord həddə qida zəhərlənməsi baş verib

21
(Yenilənib 13:19 14.09.2016)
Qida zəhərlənməsi hadisələrində 190 nəfər zərər çəkib.

BAKI, 14 sen-Sputnik. Bu ilin avqust ayı ərzində əhali arasında 75 qida zəhərlənməsi hadisəsi qeydə alınıb.

Sputnik Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə istinadla xəbər verir ki, qida zəhərlənməsi hadisələrində 190 nəfər zərər çəkib.

Ötən müddət ərzində ölkədə 2 nəfər botulizmlə xəstələnib.

Qida zəhərlənmələri, əsasən, ev şəraitində hazırlanan qidalardan, kustar üsulla hazırlanmış konservləşdirilmiş məhsullardan baş verib.

Avqust ayında zəhərlənmələrin sayının digər aylarla müqayisədə çox olmasının əsas səbəbi həmin ayda Göyçay və Beyləqanda keçirilən toylarda baş vermiş kütləvi zəhərlənmələr olub.

21
Teqlər:
konservləşdirilmiş məhsullar, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Səhiyyə Nazirliyi, qida zəhərlənməsi
Əlaqədar
Bu iki qida böyrəklərimizi məhv edir
5 günlük su və 10 gün çatacaq miqdarda qida tədarük edin!
Üç qida sizin aclıq hissinizi tamamilə yox edir
Azərbaycan əhalisinin qida rasionu dəyişir
Böyrək daşına səbəb olan qida məhsulları