Aşqabad şəhərindən bir görüntü. Arxiv şəkli

Türkmənistanda da Konstitusiyaya dəyişikliklər edilib

30
(Yenilənib 10:31 14.09.2016)
Türkmənistanda prezident seçilmək üçün yaş senzi ləğv edilib və prezidentlik müddəti artırılıb.

BAKI, 14 sen-Sputnik. Türkmənistanda prezident seçilmək üçün nəzərdə tutulan yaş senzi ləğv edilib.

Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, Türkmənistanda həmçinin prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb.

Türkmənistan parlamentinin qəbul etdiyi yeni Konstitusiyada bu məsələlər əksini tapıb.

Parlament yeni Konstitusiyanı sentyabrın 13-də yekdilliklə qəbul edib. Prezident Qurbanqulu Berdımuhəmmədov dərhal qanunu imzalayıb və sənəd qüvvəyə minib.

2008-ci ildə qəbul edilmiş köhnə Konstitusiyaya görə Türkmənistanda doğulmuş, bu ölkənin vətəndaşı olan, yaşı 40-dan 70-ə qədər şəxslər prezident seçilə bilərdi.

Artıq "yaşı 70-dən yuxarı olmayan" tələbi qanundan çıxarılıb.

30
Teqlər:
Qurbanqulu Berdımuhəmmədov, Konstitusiyada dəyişiklik, Konstitusiya, Türkmənistan, prezident
Əlaqədar
Əli Həsənov: "Konstitusiya islahatları ölkədəki əsaslı dəyişikliklərdən irəli gəlir"
"İslahatçı Gənclər" Konstitusiya islahatlarını dəstəkləyir
Konstitusiya dəyişiklikləri ilə bağlı referendumun vaxtı bəlli oldu
Konstitusiya Məhkəməsi Referendum Aktı layihəsinə müsbət rəy verdi
Bu gün Konstitusiya Məhkəməsi Prezidentin təqdim etdiyi Referendum Aktı layihəsinə baxacaq