CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu itlər xərçəng xəstəliyini ilkin mərhələdə təyin edə bilirlər

© arxivit
it - Sputnik Azərbaycan
Abunə olmaq
Həkimlərin və tibbi avadanlıqların aşkar edə bilmədiyi onkoloji xəstəlikləri itlər aşkar edirlər.

BAKI, 9 sent-Sputnik. Bəzən həkimlərin, tibbi avadanlıqların bacarmadığı işi heyvanlar bacarırlar. Rusiyalı alimlərin yeni tapıntısı isə tamamilə möcüzədir. Sən demə, müvafiq tibbi təlim keçmiş itlər insanlardakı xərçəng xəstəliyini hələ onun ilkin mərhələsində aşkara çıxarmağa qadirdirlər.

Sputnik informing-ə istinadla xəbər verir ki, rusiyalı alimlər apardıqları unikal eksperiment sayəsində itlərə insandakı onkoloji xəstəlikləri tanımağı öyrədiblər.

Burnazyan adına kinologiya mərkəzinin mütəxəssisləri bildiriblər ki, heyvanlar böyük dəqiqliklə insanın təri vasitəsilə ifraz olunan yağlar əsasında onun onkoloji xəstə olub-olmadığını müəyyən edə bilirlər.

Mərkəzdə çalışan alimlərin sözlərinə görə, hələ ki, itlərin bu qabiliyyəti sözügedən xəstəliyin tibbi diaqnostikasını əvəz etmir. Lakin itlər bir çox hallarda tibbi diaqnostikaya tam yardım edə bilirlər.

Mütəxəssislərin rəyinə görə, itlər tibbi aparatların aciz qaldığı işi yerinə yetirə bilərlər. Belə ki, onlar tibbi aparatlardan fəqrli olaraq onkoloji xəstəliyi onun ilkin mərhələsində təyin edə bilirlər.

Hal-hazırda kinologiya mərkəzində insandakı xərçəng xəstəliyini dəqiq yeri ilə təyin etmək bacarığına malik iki it yaşayır.

Xəbər lenti
0