CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dəyişkən hava şəraiti gözlənilir

Abunə olmaq
Abşeron yarımadasında gecə 19-22, gündüz 25-30, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacaq. Bəzi rayonlarda şimşək çaxacaq, yağış yağacaq, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək.

BAKI, 7 sen — Sputnik. Bakıda və Abşeron yarımadasında sentyabrın 08-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 25-30, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 08-də bəzi yerlərdəşimşək çaxacağı, yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 26-31, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti olacaq.

Xəbər lenti
0