SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İsrail səfiri Lənkəranda qonaq oldu

© embassies.gov.ilDan Stav - İsrailin Azərbaycandakı səfiri
Dan Stav - İsrailin Azərbaycandakı səfiri - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün İsrailin Azərbaycadakı səlahiyyətli səfiri Dan Stav Lənkəranda səfərdə olub.

Rahim Zakiroğlu-Sputnik Azərbaycan

BAKI, 6 sent-Sputnik. Bu gün İsrailin Azərbaycadakı səlahiyyətli səfiri Dan Stav Lənkəranda səfərdə olub.
Sputnik-in məlumatına görə, İsrail səfirinin Lənkərana səfəri rayonla tanışlıq məqsədi daşıyıb.

İlk olaraq Lənkəran Şəhər İcra Hakimiyyətində Dan Stavla görüş keçirilib. Şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov Lənkəranın qədim tarixi, rayonun coğrafi mövqeyi, adət-ənənəsi, mədəniyyəti, rayon iqtisadiyyatının əsasını təşkil edən tərəvəzçilik və çayçılıq haqqında məlumat verib. İcra başçısı son illərdə rayonda turizm potensialına diqqətin artırıldığını da səfirə bildirib.

Dan Stav isə öz növbəsində İsrail-Azərbaycan dövlətləri arasında ikitərəfli əməkdaşlığın getdikcə inkişaf etdiyini icra başçısının diqqətinə çatdırıb. "Şimal-Cənub" nəqliyyat dəhlizi barədə fikirlərini bölüşüb. Lənkəranın kənd təsərrüfatında, elm, təhsil və turizm sahəsindəki potensialı ilə rayona xarici investorların cəlb edilməsi istiqamətində görülən tədbirlərlə maraqlanıb.

Qeyd edək ki, görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri də müzakirə edilib. Lənkəran Şəhər İcra Hakimiyyətində keçirilən görüşün sonunda səfirə Lənkəran çayı və xalçası hədiyyə edilib.

Dan Stav Lənkəranla tanışlıq məqsədilə Heydər Əliyev Mərkəzində, Tarix-diyarşünaslıq muzeyində, Müalicə diaqnostika mərkəzində, "Nur-Süd" süd emalı zavodunda, Lənkəran konserv zavodunda və digər yerlərdə olub.

Xəbər lenti
0