CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yağış Bakını da tutacaq

© Sputnik / Murad OrujovBakıda yağış
Bakıda yağış - Sputnik Azərbaycan
Abunə olmaq
Rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

BAKI, 6 sen — Sputnik. Bakıda və Abşeron yarımadasında sentyabrın 07-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, arabir güclənən şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.

Sulu qar - Sputnik Azərbaycan
Hava haqqında xəbərdarlıq: sulu qar gözlənilir

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 25-28, Bakıda gecə 20-22, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 07-də şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 24-29, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji-proqnoza gəlincə: Sentyabrın 07-də Abşeron yarımadasında xəzri küləyinin əsməsi və iqlim normasına yaxın temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir. 08-də zəif küləklərin üstünlüyü fonunda havada rütubətliyin bir qədər çox olması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Xəbər lenti
0