Ребенок со смартфоном. Архивное фото

Vunderkind dünyaya gətirmək istəyənlərin nəzərinə

3821
(Yenilənib 22:49 05.09.2016)
Alimlər vunderkind dünyaya gətirməyə kömək edən ərzağın adını açıqlayıblar.

BAKI, 5 sent-Sputnik. Alimlər vunderkind dünyaya gətirməyə kömək edən ərzağın adını açıqlayıblar.

Alimlərdən ibarət beynəlxalq qrup öz araşdırmaları zamanı gələcək körpənin intellektual kimi formalaşmasında əsas rol oynayan ərzaqları müəyyən ediblər.

Bu araşdırmaların aparılması üçün 600-dən çox uşaqdan istifadə olunub.

Alimlər müəyyən ediblər ki, koqnitiv qabiliyyətləri olan uşaqlar gələcək anaların davamlı olaraq meyvə qəbul etməsinin nəticəsidir.

Doğuşdan bir il sonra meyvə həvəskarları olan anaların dünyaya gətirdikləri uşaqların yüksək əqli keyfiyyətlərə malik olduqları üzə çıxıb.

Bununla yanaşı, o da qeyd olunub ki, meyvənin həddindən çox yeyilməsi mənfi nəticələr də verə bilər.

Misal üçün, hamilə qadınların meyvələri həddindən artıq çox yeməsi uşağın ana bətnində allergik reaksiyalarla üzləşməsinə səbəb olur.

Yaxın zamanlarda mütəxəssislər uşaq orqanizminin meyvələrə verdiyi reaksiyaları daha detallı öyrənərək təqdim edəcək.

Qeyd edək ki, ABŞ-ın təşəbbüsü ilə Kanada, Almaniya, Britaniya, Yaponiya və digər ölkələrin alimlərindən ibarət qrup yaxın illərdə seçmə üsulu ilə yalnız intellektual uşaqların dünyaya gətirilməsi layihəsi üzərində işləyirlər. Sözügedən tədqiqat vunderkind dünyaya gətirməyin yollarından biri kimi nəzərdən keçirilib və effektiv olub.

3821
Teqlər:
vunderkind, alimlər, meyvə
Əlaqədar
Öz gələcəyindən kəsib valideynlərinin bu gününə "calayan" uşaq
Zəvvarlar ölüm saçan uşaq oyuncaqları gətirdilər
"Elmarın uşaq yaşlarından yarışlarla bağlı psixoloji problemi olmayıb"
Avtomobildə tək qalan uşaq dəhşətli əməl törətdi
Türkiyədə epidemioloji vəziyyət

Türkiyə qaydaları sərtləşdirir: artıq günlərində də...

8
(Yenilənib 22:19 30.11.2020)
"Son sınama mərhələsini keçmiş bütün vaksinləri tədqiq edirik. Bütün vətəndaşlarımızın pulsuz peyvəndlənmə imkanı olacaq" - Ərdoğan

BAKI, 30 noyabr – Sputnik. Koronavirusa yoluxmanın artması səbəbindən  çərşənbə axşamından etibarən Türkiyədə hamam, hovuz və idman zallarının fəaliyyəti dayandırılacaq.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Hamamlar, saunalar, hovuzlar, idman zalları çərşənbə axşamından etibarən işini dayandırır. Ticarət mərkəzlərinə məhdud sayda insanları rəqəmsal şifrə ilə buraxacaqlar. Küçələrdə insanların toplaşması da məhdudlaşdırılacaq. İş günlərində 21.00-dan 05.00-dək, eləcə də cümə axşamı 21.00-dan bazar ertəsi 05.00-dək komendant saatı tətbiq olunacaq. Dövlət müəssisələri 10-dan 16-dək işləyəcək”, - deyə Ərdoğan televiziya ilə müraciətində deyib.

“Son sınama mərhələsini keçmiş bütün vaksinləri tədqiq edirik. Bütün vətəndaşlarımızın pulsuz peyvəndlənmə imkanı olacaq. Vaksinasiya gələn aydan başlanacaq. Artıq 50 milyon doza vaksin sifariş etmişik”, - Türkiyə lideri əlavə edib.

Ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib ki, koronavirus pandemiyası Türkiyənin bir sıra bölgələrində, eləcə də İstanbulda üçüncü pik həddinə çatıb. Son həftə ərzində koronavirusa yoluxma və COVID-19-dan ölüm faktları üzrə rekord göstəricilər bir-birini əvəzləyib.

Bu gün qardaş ölkə yenə antirekordu təzələyib - COVID-19-dan 188 xəstə ölüb. Bir gün ərzində 31219 yeni yoluxma faktı aşkarlanıb. İndiyədək Türkiyədə 13746 nəfər COVID-dən dünyasını dəyişib. 5190 xəstənin vəziyyəti ağırdır.

8
Teqlər:
komendant saatı, sərt karantin rejimi, yoluxma, Koronavirus, epidemiya, COVID-19, Türkiyə
Mövzu:
Dünyanı cənginə almış bəla
Tovuzun Əsrik Cırdaxan kəndindən olan Bədir Süleymanov

Qələbənin bir addımlığında yaralanan qazi: "Bir əsgərdə qorxu hissi yox idi"

165
(Yenilənib 21:37 30.11.2020)
"Komandirə dedim, icazə versin, onsuz axşama kimi qanaxmadan burada sağ qalmaq mümkün olmayacaq. O biri yaralını da götürüb sürünə-sürünə çıxardım düşmən əhatəsindən. Hazırda ikimiz də sağıq. Tez-tez zəng vurur indi"

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. Döyüş meydanında qəhrəmanlıq göstərən igid Azərbaycan oğullarının şücaəti indi dillərə dastan olur. Torpaqlarımızı işğaldan azad etmiş bu vətən oğullarının sayəsində biz zəfər yazan ölkənin vətəndaşına çevrilmişik. Onlardan biri də Tovuzun Əsrik Cırdaxan kəndindən olan Bədir Süleymanovdur.

© Sputnik / Ilham Mustafa
Qarabağ qazisi Bədir Süleymanov övladı ilə

O, Vətən müharibəsinin ilk günlərindən cəbhəyə könüllü qatılıb, döyüşlərdə iştirak edib. Bədir torpaqlarımızın işğaldan azad olunması zamanı əldə edilən qələbənin əsas səbəblərindən birinin yüksək döyüş əhval-ruhiyyəsi olduğunu deyir:

“Əhval-ruhiyyə ordumuzda çox yüksək idi. Bir əsgərdə belə qorxu hissi yox idi. İndi fikirləşirəm ki, bir nəfər belə qorxmuş olsaydı, bu bütün döyüşçülərə sirayət edərdi. Amma hər kəs qorxmadan mərdliklə döyüşürdü. Bizim döyüşçülərin döyüş ruhunu yüksəldən düşmənin qabağımızda dayana bilməməsi idi. Hücum vaxtı erməni əsgəri uzağı 5-10 güllə atıb avtomatı tullayıb qaçırdı. Onda hiss edirdik ki, qarşımızı heç bir düşmən kəsə bilməz”, - deyə döyüşlər haqda danışıb.
  • Bədir Süleymanov övladları ilə
    © Sputnik / Ilham Mustafa
  • Bədir Süleymanovun övladları
    © Sputnik / Ilham Mustafa
  • Tovuzun Əsrik Cırdaxan kəndindən olan Bədir Süleymanov
    © Sputnik / Ilham Mustafa
  • Bədir Süleymanovun övladı
    © Sputnik / Ilham Mustafa
  • Bədir Süleymanovun övladı
    © Sputnik / Ilham Mustafa
1 / 5
© Sputnik / Ilham Mustafa
Bədir Süleymanov övladları ilə

Füzuli, Laçın və Xocavənd istiqamətində döyüşlərdə iştirak edən Bədir Süleymanov əlindən yaralansa da, digər yaralı əsgər yoldaşını da döyüş meydanında buraxmayıb. O anı yaralı qazi belə xatırlayır:

“Noyabrın 9-da Xocavənd istiqamətində əlimdən güllə yarası aldım. Mən zərbə manqasında döyüşürdüm. Döyüşlərə ilk biz atılırdıq. Yaralandığım döyüşdə erməniləri qovaraq içərilərə getdik. Düşmən bizi mühasirəyə salmaq istəyəndə yaralandım. Mənimlə eyni vaxtda bir yoldaşım da yaralandı. Güllə sinəsindən girib kürəyindən çıxmışdı. Olduğumuz yerdən işıqlı havada çıxmaq mümkün deyildi. Snayperləri çox idi ərazidə. Ona görə komandir dedi, qaranlıq düşsün, sonra sizi aşağı düşürək. Komandirə dedim, icazə versin, onsuz axşama kimi qanaxmadan burada sağ qalmaq mümkün olmayacaq. O biri yaralını da götürüb sürünə-sürünə çıxardım düşmən əhatəsindən. Hazırda ikimiz də sağıq. Tez-tez zəng vurur indi”, - deyə o, son döyüşündən məlumat verib.

© Sputnik / Ilham Mustafa
Qarabağ qazisi Bədir Süleymanov ailəs ilə birgə

Bədirin 2 körpə övladı var. Qazinin gəlişinə ən çox sevinənlər də elə onlardır.

Qazi anası Aybəniz Salmanova övladı ilə fəxr etdiyini deyir.

“Bədir mənim fəxrimdir. Müharibə başlayanda öz kəndimizdəydim. Zəng elədi ki, mən döyüşə gedirəm, gəl, uşaqların yanında qal. Gedən gündən döyüşlərə qatılıb son günlərədək vuruşdu. Gələndə onu bir qəhrəman oğul kimi qarşıladım. Mən övladımla, ordumuzla, prezidentimizlə fəxr edirəm. Çünki birlik olmasaydı, müharibədə qalib gələ bilməzdik,” - deyə o bildirib.

Bədir indi tezliklə sağalacağı günü gözləyir. Fikri-zikri döyüş yoldaşlarının yanında olduğundan sağalan kimi onların yanına getmək istəyir.

165
Teqlər:
əsgər, döyüş, söhbət, Tovuz, Qarabağ, qazi