Səyyar ASAN Xidmət. Arxiv şəkli

ASAN Xidmət Mingəçevirdə

1293
Xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsinə nail olunmasıdır

BAKI, 5 sen — Sputnik. Səyyar ASAN xidmət 5 — 30 sentyabr tarixlərində Mingəçevir şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. "ASAN xidmət"in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:
• Notariat fəaliyyəti;
• Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
• Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
• Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
• Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
• Əmək pensiyalarının təyin edilməsi;
• Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
• Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
• Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Qeyd edək ki, səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

1293
Teqlər:
xidmət, Mingəçevir, Səyyar ASAN, ASAN Xidmət, Səyyar ASAN xidmət
Əlaqədar
ASAN Xidmət Kürdəxanıya gedir
Səyyar ASAN xidmət Qaxda
Səyyar ASAN xidmət Nardaranda
Səyyar ASAN xidmət Cəlilabadda
Səyyar ASAN xidmət Şəkidə
Səyyar ASAN xidmət Balakəndə
Azərbaycan manatı, arxiv şəkli

190 manat iyunda da veriləcəkmi? - İki bəd xəbər birdən

0
(Yenilənib 13:02 02.06.2020)
"Məsələn, insanlar var idi, boşanıb, lakin şəxsiyyət vəsiqəsini dəyişməyib. Aktiv VÖEN-i olub, amma onu bağlatmayıb. Maşını olub, satıb, adından çıxarmayıb. Bu, şəxslərin data məlumatları düzəlsə də, lakin onlara yenidən 190 manat verilməyəcək".

BAKI, 2 iyun — Sputnik. İyun ayında 190 manatlıq birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmur. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbov deyib. O bildirib ki, karantin rejminin yumşaldılması, əmək bazarının canlanması insanlara yenidən öz iş yerlərinə dönməyə imkan verir:

"İnsanlar artıq öz gəlirlərini formalaşdırırlar və qazanclarını əldə edirlər. Vətəndaşlar göndərilən imtina cavablarından haqlı və haqsız narazılıqlarını bildirə bilərlər. Ərizələrə baxılma müddəti var, 1 ay müddətində cavab verilir. Biz bunu daha operativ həyata keçiririk.

Bəzi hallarda vətəndaşlar özləri haqqında olan məlumatlardan məlumatsız idilər. Məsələn, insanlar var idi, boşanıb, lakin şəxsiyyət vəsiqəsini dəyişməyib. Aktiv VÖEN-i olub, amma onu bağlatmayıb. Maşını olub, satıb, adından çıxarmayıb. Bu, şəxslərin data məlumatları düzəlsə də, lakin onlara yenidən 190 manat verilməyəcək. Çünki birdəfəlik ödənişin olduğu 600 min şəxsə artıq bütün ödənişlər edilib”.

0
Əlaqədar
Nazirliyin təklifinə əhəmiyyət vermədilər: 190 manat daha "şirin" gəldi
Bu tarixdə 190 manatın verilməsi başa çatır
Kişilər qadınlardan daha çox pul aldılar - Azərbaycanda
190 manatlıq birdəfəlik ödənişin iyun ayında da verilməsi təklif edilir
Bakıya mənzərə, arxiv şəkli

Otuz yeddinin Bakısı. Onlar xoşbəxt idilərmi? - VİDEO

22
(Yenilənib 13:06 02.06.2020)
1937-ci ili özündə əks etdirən görüntülərdə Bakı həyatı nümayiş olunur. İttifaqın “Facebook” səhifəsində paylaşımla bağlı fikirlər yer alıb

BAKI, 2 iyun — Sputnik. Azərbaycan tarixini özündə əks etdirən unikal kadrlar yayımlanıb. Sputnik Azərbaycan xəbər verir ki, videomaterial Azərbaycan Kinematoqrafçılar İttifaqının “Youtube” kanalında paylaşılıb.

1937-ci ili özündə əks etdirən görüntülərdə Bakı həyatı nümayiş olunur. İttifaqın “Facebook” səhifəsində paylaşımla bağlı fikirlər yer alıb: “1937-ci ilin Bakısı. Stalin repressiyalarının pik zamanında paytaxtımız... Bulvarda gəzinti, Dağüstü park, hərbi parad, it sərgisi, qayğısız sakinlər...”

Qeyd edək ki, Azərbaycan kinematoqrafının tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və "İlişdin" bədii kinosüjetdən ibarət olub.

22