ABŞ dolları

Daha 5 bank dollar satışını dayandırdı

70
Bununla da Azərbaycanda dollar satışını dayandıran bankların sayı 23-ə çatıb

BAKI, 1 sen — Sputnik. Sentyabr ayının 1-də daha 5 bank dollar satışını dayandırıb. Söhbət "Kapital Bank", "PAŞA Bank", "Rabitəbank", "Yapı Kredi Bank (Azərbaycan)", "Zıraat Bank (Azərbaycan)" və "Günaybank"dan gedir.

Dollar
© AFP 2020 / WAKIL KOHSAR

"Günaybank", "Zıraat Bank (Azərbaycan)" və "Rabitəbank" avqustun 31-də satışlara 200 dollara kimi, "Kapital Bank" 100 dollara kimi limit qoymuşdu. "PAŞA Bank" isə yalnız müştərilərinə 5000 dollar limitlə satış həyata keçirirdi.

"Zıraat Bank (Azərbaycan)"dan isə bildirilib ki, səhər saatlarında 200 dollar limitlə satış həyata keçirilib. Günorta saatlarında isə kassalarda dollar bitdiyindən satış dayandırılıb. Bank avro satışını isə davam etdirir. Bir nəfər üçün limit 200 avrodur.

Banklardan fins.az-a verilən məlumata görə, dollar satışı alışa uyğun olaraq aparılır. Kassada dollar olmadığı üçün satış da dayandırılıb. Bununla da ölkədə dollar satışını dayandıran bankların sayı 23-ə çatıb.

70
Teqlər:
satış, manat, bank, avro, dollar
Əlaqədar
Dolların sabaha olan məzənnəsi açıqlandı
Dollar 3.5 manat ola bilər
Dollar bahalaşması davam edir
50 milyon dollar 28 bank arasında bölündü
Dolların məzənnəsi sabit qaldı
Dollar 1.63-ə doğru
Bakıda 46 milyon dollar satıldı
Dolların sabaha olan məzənnəsi açıqlandı