Səyyar ASAN Xidmət. Arxiv şəkli

Səyyar ASAN 4 rayonu dolaşacaq

23
Xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsinə nail olunmasıdır

BAKI, 1 sen — Sputnik. Səyyar ASAN xidmət 1 — 30 sentyabrda Şəmkir, Biləsuvar, Xaçmaz şəhərlərində, 1 — 15 sentyabrda isə Hacıqabul şəhərində və Mehdiabad qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək. "ASAN xidmət"in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:
• Notariat fəaliyyəti;
• Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
• Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
• Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
• Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
• Əmək pensiyalarının təyin edilməsi;
• Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
• Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
• Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Qeyd edək ki, səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

23
Teqlər:
Hacıqabul, Mehdiabad, Xaçmaz, Biləsuvar, Şəmkir, xidmət, ASAN Xidmət, Səyyar ASAN, Səyyar ASAN xidmət
Əlaqədar
Səyyar ASAN xidmət Qaxda
Səyyar ASAN xidmət Nardaranda
Səyyar ASAN xidmət Cəlilabadda
Səyyar ASAN xidmət Şəkidə
Səyyar ASAN xidmət Balakəndə
Xəstəyə iynə vurulması, arxiv şəkli

Əlli hərbçi dünyanı xilas etməyə razılıq verdi: Rusiya təhlükəli sınağa başlayır

0
(Yenilənib 11:55 02.06.2020)
Kliniki sınaqlar Nazirliyin Mərkəzi Elmi-Araşdırma İnstitutunun 48-ci bazasında keçiriləcək. Qeyd edək ki, daha əvvəl bu bazada Ebola virusu və Yaxın Şərq sindromuna qarşı sınaqlar da keçirilib

BAKI, 2 iyun — Sputnik. Rusiya Müdafiə Nazirliyi yerli unikal koronavirus əleyhinə vaksininin kliniki sınaqlarının həyata keçirilməsi üçün könüllüləri seçib. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Məlumata əsasən, bu məqsədlə 50 hərbçi seçilib ki, onlardan da 5-i qadındır. Onlar müvafiq müayinə və testlərdən keçiblər.

Kliniki sınaqların Nazirliyin Mərkəzi Elmi-Araşdırma İnstitutunun 48-ci bazasında keçiriləcək. Qeyd edək ki, daha əvvəl bu bazada Ebola virusu və Yaxın Şərq sindromuna qarşı sınaqlar da keçirilib.

Könüllü hərbçilərdən ibarət qrup sınaq üçün iyunun üçündə bazaya gələcək.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,2 milyonu keçib, 375 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
ÜST Trampı yalançı çıxardı - COVID-19 peyvəndi ilin sonuna hazır olmayacaq
Azərbaycanlı alim koronavirusla bağlı bütün həqiqətləri açıqladı
Koronavirusun fəsadlarının dərmanı dənizdən “çıxdı”
Peyvənddən imtina edənləri cərimələyəcəklər
Virusa yoluxub sağalmısınızsa, çox sevinməyin - Hər şey daha kəskin şəkildə qayıda bilər
Ofis işçiləri, arxiv şəkli

Karantin dövründə işdən çıxartma ilə bağlı 50 müraciət araşdırılır

3
(Yenilənib 11:49 02.06.2020)
Dövlət Əmək Müfəttişliyi Xidməti bütün işəgötürənlərin diqqətinə çatdırır ki, əmək müqavilələrinə əsassız xitam verilməsi halları ilə bağlı qəti tədbirlər bundan sonra da davam etdiriləcək

BAKI, 2 iyun — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək müqavilələrinə əsassız xitam verilməsi hallarına qarşı tədbirlərini davam etdirir. Bu barədə Sputnik Azərbaycan-a Nazirlikdən verilən məlumatda bildirilir.

Xidmət tərəfindən "Əmək müqaviləsi bildirişi" altsistemi üzərindən bu istiqamətdə daimi nəzarət həyata keçirilir. Nəzarət zamanı 9 işəgötürən tərəfindən karantin dövründə ayrı-ayrı şəxslərin evdən çıxaraq sərbəst hərəkət etmələri üçün müvafiq icazəni əldə etmələrinə şərait yaratmaq üçün onlarla bağlı reallığa uyğun olmayan əmək müqavilələri bağlayaraq bu barədə bildirişləri həmin e-sistemə daxil etdiklərinə dair əsaslı şübhələr yaranıb. Həmin işəgötürənlər barəsində toplanmış müvafiq məlumatlar araşdırılması və tədbirlər görülməsi üçün hüquq-mühafizə orqanlarına təqdim edilib. Eyni zamanda karantin dövründə əmək müqavilələrinə xitam vermiş 50-yə yaxın işəgötürənə xitam vermə halının əmək qanunvericiliyinə uyğun olub-olmamasının araşdırılması məqsədi ilə müvafiq sənədləri Xidmətə təqdim etmələri üçün məktublar göndərilib.

Dövlət Əmək Müfəttişliyi Xidməti bütün işəgötürənlərin diqqətinə çatdırır ki, əmək müqavilələrinə əsassız xitam verilməsi halları ilə bağlı qəti tədbirlər bundan sonra da davam etdiriləcək. Xidmət işəgötürənlərə əmək qanunvericiliyinin tələblərinə, karantin rejimi qaydalarına, tövsiyələrə əməl etməyi tövsiyə edir.

3
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Nazirliyin təklifinə əhəmiyyət vermədilər: 190 manat daha "şirin" gəldi
Müqaviləsiz işləyən 351 nəfər aşkar edilib
Qədir ağacları və zorən dəyərli kadrlar - "öz istəyimlə gedirəm" bundan belə qiymətə minir
Koronavirusa görə işəgötürənlərə xəbərdarlıq
Böyük amnistiya nə verəcək? Hamı çıxış yolu axtarır, atılacaq addım isə bəlli deyil