Mərkəzi Bank

Bu günə olan rəsmi valyuta məzənnələri

25
Dolların məzənnəsi sabit qalıb. Avro manata nisbətən ucuzlaşıb. Rubl 0,4% bahalaşaraq 0,0252 manat olub. Lirənin məzənnəsi 0,15% zəifləyərək 0,5507 təşkil edib.

BAKI, 30 avq — Sputnik. Mərkəzi Bank (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. Sputnik AMB-nin saytına istinadən xəbər verir ki, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 29-u ilə müqayisədə dəyişməyərək 1,6280 manat təşkil edib.

Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,27% zəifləyərək 1,8188 manat olub. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası 0,4% bahalaşaraq 0,0252 manat olub.

Türkiyə lirəsinin məzənnəsi 0,15% zəifləyərək 0,5507 manat olub. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1304 manatdır. Beləliklə, funt sterlinq 0,28%-lik ucuzlaşma nümayiş etdirib. Gürcüstan larisinin məzənnəsi 0,77% azalaraq 0,7078 manat təşkil edib.

25
Teqlər:
valyuta, lari, rubl, lirə, avro, dollar, manat, AMB, Mərkəzi Bank
Əlaqədar
Bu günə olan valyuta məzənnələri
Bu günə olan rəsmi valyuta məzənnələri
Bu günə olan valyuta məzənnələri
Bu günə olan valyuta məzənnələri açıqlandı
Bu günə olan valyuta məzənnələri açıqlandı
Bu günə olan rəsmi valyuta məzənnələri
OPEC-in loqosu, arxiv şəkli

“OPEC+” nazirlərinin iclasının vaxtı dəyişib

0
(Yenilənib 16:32 01.12.2020)
Azərbaycanın energetika naziri Pərviz Şahbazovun da "OPEC plus" ölkələri nazirlərinin müzakirələrində iştirakı nəzərdə tutulur

BAKI, 1 dekabr — Sputnik. Dekabrın 1-də keçirilməsi nəzərdə tutulan "OPEC plus" ölkələri nazirlərinin 12-ci görüşünün vaxtı 3 dekabr tarixinə dəyişdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirləri tərəfindən "Əməkdaşlıq Bəyannaməsi"ndən irəli gələn məsələlər üzrə müzakirələr keçiriləcək.

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovun da "OPEC plus" ölkələri nazirlərinin müzakirələrində iştirakı nəzərdə tutulur.

0
Teqlər:
nazirlər, OPEC, Müzakirələr
Notebook-la oynayan kişi, arxiv şəkli

Bu qurum vətəndaş müraciətlərini sosial səhifələr vasitəsilə cavablandıracaq

3
Vətəndaşlar həmin səhifələr vasitəsilə pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və digər sosial təminat növləri üzrə ödənişlər, sosial sığorta məsələləri, fərdi uçot və s. aid suallarını DSMF-yə ünvanlaya bilərlər

 

BAKI, 1 dekabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) dekabrın 1-dən vətəndaş müraciətlərini özünün yeni fəaliyyətə başlayan facebook, instagram, telegram və twitter sosial səhifələri vasitəsilə də cavablandıracaq. Bu barədə Sputnik Azərbaycan-a DSMF-dan məlumat verilib. Qeyd olunub ki, vətəndaşlar həmin səhifələr:

www.facebook.com/dsmf.sosial.gov.az/

www.instagram.com/dsmf.sosial.gov.az/

t.me/dsmfsosialgovaz

twitter.com/dsmfsosialgovaz

vasitəsilə pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və digər sosial təminat növləri üzrə ödənişlər, sosial sığorta məsələləri, fərdi uçot və s. aid suallarını DSMF-yə ünvanlaya bilərlər.

Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun şəkildə izahatlar veriləcək. Araşdırma tələb edən müraciətlər isə müvafiq qaydada baxılaraq nəticəsinə uyğun tədbirlər görüləcək və müraciət edən vətəndaşlar bu barədə məlumatlandırılacaq. Sosial şəbəkə səhiflərində DSMF-nin fəaliyyəti, bu sahədəki yeniliklər də ictimaiyyətə təqdim ediləcək.

3
Teqlər:
sosial şəbəkə, Əmək və əhalinin Sosial Müdafiə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu