Bern

İsveçrədə terror riski ən yüksək səviyyəyə çatıb

24
İsveçrə hökuməti ölkədə terror riskinin yüksək olduğu barədə xalqa xəbərdarlıq edib.

BAKI, 29 avq — Sputnik. İsveçrə hökuməti ölkədə terror riskinin yüksək olduğu barədə xalqa xəbərdarlıq edib.

Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında müdafiə naziri G. Parmelen deyib.

"İl ərzində baş verən terror aktlarına qədər apardığımız araşdırmalar artan təhlükədən xəbər verirdi. Həmvətənlərimizin təhlükəsizliyini qorumaq bizim borcumuzdur", — deyə o bildirib.

Müdafiə naziri, həmçinin qeyd edib ki, qeyri-stabil vəziyyət təkcə İsveçrədə deyil, bütün dünyada qalmaqdadır.

24
Teqlər:
İsveçrə, terror
Əlaqədar
İsveçrə mətbəxinə dair master-klass
Kikboksçularımızun Almaniya və İsveçrə sınağı
İsveçrə prezidenti İrana səfər edəcək
İsveçrə öz qapılarını qaçqınlara bağladı
İsveçrə İrana qarşı sanksiyaları ləğv edib
Taxıl biçini, arxiv şəkli

Taxıl biçini başlayacaq - Kombaynlara GPS qoşulur

6
(Yenilənib 23:29 08.05.2021)
May ayının sonundan etibarən Azərbaycanda taxıl biçininə başlanılacaq. Hazırda biçinə cəlb ediləcək kombaynlar üzərində sazlama işləri aparılır.

BAKI, 8 may — Sputnik. May ayının sonundan etibarən Azərbaycanda taxıl biçininə başlanılacaq. Bununla əlaqədar "Aqroservis" ASC tərəfindən biçinə hazırlıq işlərinin əsas mərhələsinə start verilib.

Sputnik Azərbaycan xəbər verir ki, hazırda biçinə cəlb ediləcək kombaynlar üzərində sazlama işləri aparılır. Bütün rayonlar üzrə mövcud kombaynlara texniki baxış keçirilir, nasaz vəziyyətdə olan texnikalarda təmir işləri həyata keçirilir.

Həmçinin, biçin zamanı düzgün dislokasiya planının qurulması üçün kombaynlar GPS nəzarət sistemi ilə təchiz edilir. Bu innovativ nəzarət sistemi biçin zamanı düzgün dislokasiya yaradılması, operativliyin təmin edilməsi, prosesə nəzarət edilməsi və şəffaf idarəetmə mexanizminin qurulmasına imkan yaradır.

Qeyd edək ki, taxıl biçininə hazırlıqların ilkin mərhələsində cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi məqsədilə kombaynları idarə edəcək mexanizatorlara ödənişsiz təlimlər keçirilib. Müxtəlif markalı kombaynlar üzrə ümumlikdə 263 mexanizator təlimlərdə iştirak edib. Təlimlərdə yüksək nəticə əldə edən mexanizatorlar sertifikat ilə təmin ediliblər.

6
Türkiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar, arxiv şəkli

Hulusi Akar son 5 ayda zərərsizləşdirdikləri terrorçuların sayını açıqlayıb

6
(Yenilənib 23:28 08.05.2021)
Türkiyənin müdafiə naziri ayın 5-i qeyd etmişdi ki, aprelin 23-dən bəri İraqın şimalında həyata keçirilən Pəncə - İldırım və Pəncə - Şimşək əməliyyatları nəticəsində 68 terrorçu zərərsizləşdirilib.

 

BAKI, 8 may — Sputnik. Yanvarın birindən bu günə qədər İraq və Suriyanın şimalında keçirilən əməliyyatlar zamanı 988 terrorçu zərərsizləşdirilib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

Türkiyənin müdafiə naziri mayın 5-i qeyd etmişdi ki, aprelin 23-dən bəri İraqın şimalında həyata keçirilən Pəncə - İldırım və Pəncə - Şimşək əməliyyatları nəticəsində 68 terrorçu zərərsizləşdirilib.

6