Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gürcüstanda beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb

CC0 / Alexas_Fotos / arestМужчина, закованный в наручники. Архивное фото
Мужчина, закованный в наручники. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstan Daxili İşlər Nazirliyi Əziz M. barədə “İnterpol”-un Paris Bürosunun axtarış elan etdiyini açıqlayıb.

BAKI, 28 avq — Sputnik. Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul polis departamenti və “İnterpol”-un Tiflis bürosunun əməkdaşları Azərbaycan vətəndaşı Əziz  M.-ni saxlayıb.

APA-nın məlumatına görə, Gürcüstan Daxili İşlər Nazirliyi Əziz M. barədə “İnterpol”-un Paris Bürosunun axtarış elan etdiyini açıqlayıb.

Əzilz M. Gürcüstana daxil olarkən saxlanılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, 2014-ci ildən axtarışda olan 1970-ci il təvəllüdlü Əziz M. Fransanın Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət törətməkdə ittiham edilib. O, ehtiyatsızlıq edərək adam öldürməkdə, gəmi kapitanının qaçmasına yardım etməkdə və  fəlakətə düçar olanlara yardım etməməkdə şübhəli sayılır.

Hazırda M. Əziz ilə bağlı ekstradisiya proseduru həyata  keçirilir.

Xəbər lenti
0