CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koreyalılardan təəccübləndirən incəsənət əsəri

© Photo : PUBLIC DOMAIN"Shinslab Architecture" memarlıq şirkətinin layihəsi ilə tikilən müasir incəsənət pavilyonu
Shinslab Architecture memarlıq şirkətinin layihəsi ilə tikilən müasir incəsənət pavilyonu - Sputnik Azərbaycan
Abunə olmaq
"Shinslab Architecture" memarlıq şirkəti təkrar emal edilmiş materiallardan müasir incəsənət pavilyonu tikib.

BAKI, 26 avq-Sputnik. Koreya Respublikasında "Shinslab Architecture" memarlıq şirkətinin layihəsi ilə tikilən müasir incəsənət pavilyonu Seulun mərkəzində yerləşir.

"Arxinovosti" saytının məlumatına görə, pavilyonun inşasında təkrar emal edilmiş materiallardan istifadə olunub. Layihə müəlliflərinin əsas məqsədlərindən biri də işlənmiş materiallara yeni həyat vermək olub.

Beləliklə də, üstdən baxanda köhnə gəmini xatırladan pavilyona insanlara xidmət etmək üçün daha bir şans verilib.

Pavilyon Seulun mərkəzində payızadək qalacaq.

Xəbər lenti
0