imtahan

Jurnalistika fakültəsində 15 yerə cəmi 1 nəfər qəbul edilib

22
BDU-nun Jurnalistika fakültəsinin rus dili bölməsi bağlanmaq təhlükəsi ilə üzləşib.

BAKI, 26 avq-Sputnik. Azərbaycanda jurnalistika ixtisasına qəbul olunmaq istəyənlər üçün qabiliyyət imtahanlarının keçirilməsinə başlanıldığı son 3 ildə ilk dəfə olaraq Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Azərbaycan dili bölməsi üçün ayrılan plan yerləri tam dolub.

Bunu "Report"a açıqlamasında BDU-nun Jurnalistika fakültəsinin dekan əvəzi, professor Cahangir Məmmədli deyib.

Onun sözlərinə görə, fakültənin Azərbaycan dili bölməsi üçün əyani təhsil üzrə ayrılan 60 yer, qiyabi təhsil üçün ayrılan 15 yer, eləcə də fakültənin ingilis dili bölməsi üçün ayrılan 15 plan yeri dolub:

"Yeganə problem rus dili bölməsindədir. Çünki həmin bölmə üçün 15 yer ayrılsa da cəmi 1 nəfər qəbul olunub. Bir tələbə ilə qrup yaranmır. Ötən il rus dili bölməsinə 4 nəfər daxil olduğu üçün qrupun yaranması mümkün olmuşdu".

Qeyd edək ki, hazırda ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı davam edir. Proses avqustun 31-də yekunlaşacaq.

22
Teqlər:
jurnalistika fakültəsi, Jurnalistika ixtisası, Bakı Dövlət Universiteti
Əlaqədar
Rauf Arifoğlu: Partiyalılıqla jurnalistika bir araya sığmır
"Jurnalistlər üçün tikilən yeni bina yaxın vaxtlarda istifadəyə veriləcək"
İşbaz QHT-çilər və reket jurnalistlər Prezident Aparatının diqqətindədir
Jurnalistlər MŞ-ya ən çox fəxri adlar almaq üçün müraciət edirlər
OPEC-in mənzil-qərargahı, arxiv şəkli

OPEC neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməməsini hədəfləyir

6
OPEC-in prezidenti Əbdülməcid Əttar 2021-ci ilin əvvəlindən etibarən neft qiymətlərində artım gözlənildiyini bildirib.

BAKI, 21 oktyabr — Sputnik. Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bu quruma üzv olmayan neft istehsal edən digər ölkələrdən ibarət OPEC+ qrupunun üzvləri 2020-ci ilin sonuna qədər neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməməsini hədəfləyir.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Əlcəzairin Energetika naziri və OPEC-in müvəqqəti prezidentliyini icra edən Əbdulməcid Əttar məlumat verib. O, OPEC+ qrupunun neft bazarını və qiymət sabitliyini qorumaq üçün bütün lazımi addımları atmağa qərar verdiyini deyib.

Yeni növ koronavirus (COVID-19) epidemiyası səbəbiylə dünyada neftə olan tələbatın gündəlik 9 milyon bareldən çox azaldığını bildirən Əttar 2021-ci ilin əvvəlindən etibarən neft qiymətlərində artım gözlənildiyini də bildirib.

Qeyd edək ki, aprel ayında OPEC+ qrupu ölkələri may ayının əvvəlindən iyulun sonuna qədər gündəlik neft hasilatını 9,7 milyon barelə, avqustdan ilin sonuna qədər isə 7,7 milyon barelə endirmək barədə qərar qəbul etmişdi.

6
Teqlər:
neft, OPEK, OPEC
Xarici İşlər naziri Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramov Moskvaya səfər edib

21
Xatırladaq ki, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan da Rusiyaya qısamüddətli işgüzar səfərə gedib.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya tərəfi ilə məsləhətləşmələrin həyata keçirilməsi məqsədilə Moskva şəhərinə işçi səfər edib. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan da Rusiyaya qısamüddətli işgüzar səfərə gedib.

21