intihar

Dəhşətli statistika: 110 qadın, 28 uşaq intihar edib

150
(Yenilənib 14:29 26.08.2016)
2016-cı ilin 6 ayında qadınlara qarşı törədilmiş cinayətlərin 1/6-i açılmamış qalıb.

BAKI, 26 avq-Sputnik. 2016-cı ilin 6 ayı ərzində Azərbaycanda 110 qadın, 28 uşaq intihar edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin məlumatında belə deyilir.

Orada həmçinin göstərilib ki, 2016-cı ilin I yarım ili üzrə respublika ərazisində baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində 72 qadın və 19 uşaq ölüb.

Qeyd olunub ki, 2016-cı ilin 6 ayında qadınlara qarşı törədilmiş cinayətlərin 2563-ü açılıb, 482-i bağlı qalıb.

150
Teqlər:
intihar, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi
Əlaqədar
İki gənc intihar etdi
Paytaxtda tükürpədici intihar
Gəncədə 50 yaşlı qadın intihar edib
Azərbaycanda qocalar niyə intihar edir?!
İmişlidə 17 yaşlı gənc intihar edib
Milli Televiziya və Radio Şurası

MTRŞ müsabiqənin nəticələrini açıqlayıb, heç bir iddiaçıya lisenziya verilməyib

5
(Yenilənib 18:55 04.08.2021)
Şuranın iclasında aparılan müzakirələrdə müəyyən edilib ki, bəzi iddiaçıların təqdim etdiyi sənədlərdə göstərilmiş texniki və yaradıcılıq imkanları, o cümlədən, kadr potensialı barədə məlumatlar yerində baxış zamanı öz təsdiqini tapmır.

BAKI, 4 avqust - Sputnik. Bu gün Milli Televiziya və Radio Şurasının təhsil və elmi-maarifləndirici ümumrespublika televiziya kanalının açılması üçün elan etdiyi müsabiqəyə yekun vurulub.

Bu barədə MTRŞ-dan bildirilib.

Məlumata görə, Milli Televiziya və Radio Şurasının 2021-ci il iyunun 7-dən iyulun 7-dək ixtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının açılması ilə bağlı (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci TV yayım kanalı, HD yayım üçün 34-cü TV yayım kanalı) elan etdiyi müsabiqə üçün 6 iddiaçı (“APA Mark” MMC, “Təhsil TV” MMC, “Balans Studiyası” MMC, “İNS ÇM” MMC, “İsti Press” MMC və “Medical Media” MMC) sənədlərini təqdim edib.

Həmin sənədləri araşdırmaq, həmçinin, iddiaçıların məkanında baxış keçirərək sənədlər üzrə tədqim olumuş məlumatların həqiqətə uyğunluğunu yoxlamaq, habelə ümumilkə televiziya kanalının açılması üçün zəruri iqtisadi, texniki, yaradıcı və kadr potensialının mövcudluğunu öyrənmək məqsədilə Şura tərəfindən müsabiqə komissiyası təşkil olunub. Müsabiqə komissiyası həm sənədlərlə tanışlığın, həm də yerində baxışın nəticəsi ilə bağlı Şuraya hər bir iddiaçı barədə arayış təqdim edib.

Milli Televiziya və Radio Şurasının iclasında təqdim olunmuş arayışlar əsasında geniş müzakirələr aparılıb. Müəyyən edilib ki, bəzi iddiaçıların təqdim etdiyi sənədlərdə göstərilmiş texniki və yaradıcılıq imkanları, o cümlədən, kadr potensialı barədə məlumatlar yerində baxış zamanı öz təsdiqini tapmır, bəzi iddiaçılarda yayım üzrə təqdim olunmuş proqram konsepsiyası müsabiqə şərtlərinə (ixtisaslaşma sahəsinə) uyğun gəlmir, bəzi iddiaçılarda isə ümumilkə televziya yayımının təşkil olunması üçün texniki-iqtisadi göstəricilər qənaətbəxş deyil. Bununla da Şura heç bir iddiaçıda təhsil, elm və maarifləndirmə janrlı ümumölkə televiziya kanalının fəaliyyəti üçün müvafiq potensialın olmadığı qənaətinə gəlib.

Milli Televiziya və Radio Şurası qeyd olunanları nəzərə alaraq, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ nömrəli Qanununun 18.4.1-ci maddəsini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.6-cı bəndini rəhbər tutaraq müsabiqənin yekunlarına görə qalib seçilmədiyi üçün iddiaçılara xüsusi razılıq (lisenziya) verilməsindən imtina olunması barədə qərar qəbul edib.

Həmçinin oxuyun:

MTRŞ-yə yeni üzv təyin olundu - Onu "Qulp"dan tanıyırıq

MTRŞ-nın yeni cəzası effekt verir - Telekanallar artıq qanunları poza bilməyəcəklər

5
Pandemiya zamanı imtahan, arxiv şəkli

Təhsil naziri: müəllim işləmək istəyənlərin sayı artıb

8
"Orta hesabla hər il 3000 vakant yer təkrar olaraq müsabiqəyə çıxarılır. Orada da ya müddətli vakant yerlər olur, ya da ucqar yerlər olduğu üçün o yerlərə getmirlər"

BAKI, 4 avqust — Sputnik. Azərbaycanda müəllim olmaq istəyənlərin sayı kəskin artıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə bu gün təhsil naziri Emin Əmrullayev özünün sosial şəbəkə hesabında müəllimlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarında iştirak üçün qeydiyyatdan keçənlərin sayı bu il 18 min nəfərdən 60 min nəfərə qədər artıb.

Nazir onu da qeyd edib ki, ümumilikdə müəllim peşəsinə və MİQ imtahanlarına maraq artıb.

"60 minə yaxın namizəd qeydiyyatdan keçsə də, MİQ imtahanlarında 46 930 nəfər iştirak edib. Onların heç də hamısı işsiz müəllimlər deyil. 10259 nəfər dövlət müəssisələrində işləyən şəxslərdir. Bu il ilkin ehtimal edilən vakant yerlərin sayı 7718 olub. Orta hesabla hər il 3000 vakant yer təkrar olaraq müsabiqəyə çıxarılır. Orada da ya müddətli vakant yerlər olur, ya da ucqar yerlər olduğu üçün o yerlərə getmirlər", - deyə nazir vurğulayıb.

Emin Əmrullayev həmçinin deyib ki, Bakı, Sumqayıt, Abşeron üzrə 1055 vakant yer müsabiqəyə çıxarılıb.

"Hazırda ölkədə 13,3 min nəfər ingilis dili müəllimi var. Bu il üçün ingilis dili müəllimliyinə 478 vakant yer çıxarılıb. Riyaziyyat fənni üzrə isə 378 vakant yer təqdim olunub. Həmçinin bu il üçün ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili və riyaziyyat fənləri üzrə ümumilikdə 1412 vakansiya var", - deyə nazir bildirib.

Əmrullayevin sözlərinə görə, müəllimlərin böyük qismi gənclərdir.

Eləcə də oxuyun:

8
Teqlər:
müəllim, müsabiqə, , qəbul, nazir, məktəb, imtahan