Mehriban Əliyeva

Bu gün Mehriban Əliyevanın doğum günüdür

317
Azərbaycanın birinci xanımı Bakı şəhərində dünyaya gəlib

BAKI, 26 avq — Sputnik. Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın doğum günüdür. Sputnik xəbər verir ki, Mehriban Arif qızı Əliyeva Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.

1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hal-hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. 1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan "Azərbaycan — İrs" jurnalını təsis edib. 2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.

Mehriban Əliyeva həmçinin Heydər Əliyev Fonduna rəhbərlik edir. 2004-cü il may ayının 10-da fondunun rəsmi açılışı olub. 2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə görə, Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

2004-cü il dekabrın 28-də Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib. 2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən Mehriban Əliyeva "İlin qadını" adına layiq görülüb. 2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeninə layiq görülüb.

2005-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb. Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə Mehriban Əliyeva 2006-cı il noyabrın 24-də İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

Dünya Səhiyyə Təşkilatı (DST) İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyevaya ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatı verilib. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Mehriban Əliyeva "Qızıl ürək" beynəlxalq mükafatına layiq görülüb.

Mehriban Əliyeva Azərbaycan və Polşa arasında dostluq münasibətlərinin inkişafına verdiyi töhfəyə görə 14 sentyabr 2009-cu ildə Polşa Respublikasının "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni ilə təltif edilib. 10 fevral 2010-cu il tarixdə isə Fransa Prezidentinin sərəncamı ilə "Fəxri legionun böyük xaç komandoru" ordeni ilə təltif olunub. 2011-ci il iyunun 24-də Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalı təqdim olunub.

2012-ci il fevralın 13-də Rusiya Federasiyasının İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülüb. 2012-ci il aprelin 13-də Mehriban Əliyevaya MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası (HƏŞ) və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) tərəfindən "Birlik Ulduzları" dövlətlərarası mükafatı təqdim edilib.

2013-cü il iyunun 7-də Yeni Azərbaycan Partiyasının sədr müavini vəzifəsinə seçilib. 2013-cü il dekabrın 27-də Pakistanın "Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı — 2013" mükafatına layiq görülüb. 2014-cü ilin mayında Mehriban Əliyeva sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatına layiq görülüb. Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə 2014-cü ilin iyununda Beynəlxalq Olimpiya Akademiyasının "Olympic Excellence" xüsusi fəxri mükafatı ilə təltif olunub.

Milli Məclisin deputatıdır. Ailəlidir, iki qızı, bir oğlu var.

317
Teqlər:
İSESCO, UNESCO, Heydər Əliyev Fondu, birinci xanım, Mehriban Əliyeva, doğum günü
Əlaqədar
Mehriban və Leyla Əliyevalar Əminə və Sümeyye Ərdoğanlarla görüşdülər
Mehriban Əliyeva İsveç Sülh Agentliyinin mükafatına namizəd olub
Mehriban Əliyeva IV İslam Həmrəyliyi Oyunlarının TK-nin sədri oldu
Mehriban Əliyeva: tolerantlıq ənənələri bizim ölkədə indi də yaşayır
Mehriban Əliyeva Fransa prezidenti Fransua Olland ilə görüşüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan peyvənd vurdurur

Ərdoğan koronavirus peyvəndindən sonra: "Sapsağlamam"

10
(Yenilənib 00:05 16.01.2021)
Türkiyə Prezidentinə yanvarın 14-də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.

Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

10
Pyotr Velikiy ağır atom raket kreyseri, arxiv şəkli

Qərb onu əsas təhdid sayır: Rusiya donanmasının flaqmanı dəyişir

6
Modernləşdirməyə qədər “Admiral Naximov” kreyseri “Fort” S-300F uzun mənzilli hava müdafiə sistemi ilə təchiz olunmuşdu, indi isə gəmidə hərbi-dəniz müdafiəsinin daha təkmil variantı olan S-400 kompleksi qurulacaq.

BAKI, 15 yanvar — Sputnik, Andrey Kots. Yeni raketlər, müasir gövdə avadanlıqları, misilsiz döyüş imkanları – Rusiya Hərbi Dəniz Qüvvələrinin flaqmanı mövqeyində "Pyotr Velikiy" kreyserinin yerini 1144 "Orlan" layihəsinin "Admiral Naximov" ağır nüvə raket kreyseri tutacaq. Bunun 2022-ci ildə baş verəcəyi gözlənilir. Modernləşdirilmiş gəminin donanmanı necə gücləndirəcəyi haqqında - RİA Novosti-nin növbəti materialında.

Birinci dərəcəli gəmilər

1144 "Orlan" layihəsinin kreyserləri təyyarə gəmilərindən sonra dünyanın ən böyük hərbi gəmiləri hesab olunur. Tonnajı – 25,8 min ton, uzunluğu - 250 metr, eni - 28,5 metrdir, heyəti - 760 nəfərdən ibarətdir.

Rusiyanın bu tipli iki vımpeli var – onlardan ikincisi olan "Pyotr Velikiy" Şimal donanmasının tərkibində fəaliyyət göstərir, lakin "Naximov" işə başlayan kimi modernləşdirməyə göndəriləcək. Hər iki kreyser, necə deyərlər, təpədən dırnağa kimi silahlanmış və istənilən hədəfi məhv etməyə qadir ağır nüvə gəmiləridir.

Standart dəstə – "Qranit" 20 P-700 gəmi əleyhinə raketləri, "Osa-M" zenit raket kompleksləri, "Kinjal" və uzaq mənzilli "Fort" S-300F raketləri, "Metel" və "Vodopad" sualtı raket-torpedaları, reaktiv bomba atanlar və avtomatik cüt lüləli AK-130 topu daxildir.

Hərəkət məsafəsi praktik olaraq məhdudlaşmayıb. Kreyserlər Uzaq Şimal şəraitində işləməyə qadirdir və Rusiyanın Arktika bölgəsindəki hərbi mövcudluğunu təmin edə bilər; bir çox analitiklər bu ərazinin yaxın gələcəkdə təbii ehtiyatlar uğrinda potensial döyüş sahəsinə çevriləcəyini istisna etmir.

Bununla belə, gəmilər tədricən köhnəlməyə başlayır. Əgər ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində "Orlan"lar istənilən düşmənə müqavimət göstərə bilirdisə, indi vəziyyət dəyişib. Rusiya Müdafiə Nazirliyi birinci dərəcəli iri hərbi gəmilərin inşası ilə bağlı çətinliklərin olduğunu nəzərə alaraq, mövcud kreyserlərin modernləşdirilməsini, xüsusən də, onların yeni silahlarla təchizatını daha məqsədəuyğun hesab edir.

Hava Hücumundan Müdafiə platforması

"Admiral Naximov" 1999-cu ildə təmirə göndərilib, ancaq faktiki olaraq, kreyser üzərində işə yalnız 2013-cü ildə, nəhayət, müdafiəyə sahəsinə ciddi şəkildə vəsait ayrılandan sonra başlanılıb. Modernləşdirmə işlərinin 2018-ci ilə kimi başa çatdırılması nəzərdə tutulsa da, bu tarix bir neçə dəfə irəli çəkilib. Hələ ötən ilin may ayında Rusiya müdafiə nazirinin müavini Aleksey Krivoruçko məlumat vermişdi ki, ağır kreyser "Zirkon" hipersəsli raketləri ilə təchiz olunacaq ilk hərbi gəmilərdən biridir. Həmin raketlər hədəfə doğru səs sürətindən doqquz dəfə daha böyük sürətlə uçur ki, bu da onları istənilən hava hücumundan müdafiə sistemi üçün toxunulmaz edir. Mənzili 1000 kilometrə yaxındır. Beləliklə, "Zirkon" Amerikanın "Harpun" səsə qədər sürətə malik (130 kilometr mənzilli) gəmi əleyhinə raketlərini praktiki olaraq üstələyir.

"Orlan"lar hər zaman güclü hava hücumundan müdafiə sisteminə görə fərqləniblər. Modernləşdirməyə qədər "Naximov" kreyseri "Fort" S-300F uzun mənzilli hava müdafiə sistemi ilə təchiz olunmuşdu, indi isə gəmidə hərbi-dəniz müdafiəsinin daha təkmil variantı olan S-400 kompleksi qurulacaq.

Müxtəlif növ zenit hərbi sursatları ilə atəşə açan bu kompleks gizli təyyarələri və digər hava hədəflərini, o cümlədən qanadlı və ballistik raketləri tutmağa qadirdir.

40N6 raketi 400 kilometrə qədər məsafədəki obyektləri vura bilir. "Admiral Naximov" gəmisinə 96 ədəd S-400 zenit raket kompleksi buraxılış şaxtasının yerləşdiriləcəyi güman edilir ki, bu da onun bütün dünyada hava hücumundan ən yaxşı qorunan gəmi olmasına gətirib çıxaracaq.

80 oyuq

Bundan başqa, "Kortik" yaxın zonalı hava hücumundan müdafiə sistemi daha müasir "Pantsir-ME", "Osa-M" zenit raketləri isə yeni "Redut" sistemləri ilə əvəz olunacaq.

Bununla belə, modernləşmə müəyyən qədər hücum komplekslərini də əhatə edəcək. "Admiral Naximov" "Zirkon"larla yanaşı, gəmi əleyhinə P-800 raketləri, "Oniks" və 2500 kilometrə qədər mənzilli "Kalibr" qanadlı raketlərlə silahlandırılıcaq. Onların hamısı 80 oyuqlu 3 S14 şaquli buraxılış qurğusundan atılacaq. Bu qurğunu gəmiyə montaj etmək üçün P-700 "Qranit" kompleksinin gəmidən çıxarılması lazım gəlir.

Kreyserin sualtı silahlardan müdafiə sistemi də yenilənəcək. "Admiral Naximov" qısa məsafələrdə torpedalar və sualtı qayıqlardan qoruyan "Paket-NK" kompleksi ilə də təchiz olunacaq. Bu sistemdə iki tip hərbi sursat var: MTT istilik torpedaları və M-15 reaktiv torpeda əleyhinə silahlar.

Birincisi, sualtı qayıqları 600 metrə qədər dərinlikdə 20 kilometrə qədər məsafədə vura bilir, ikincisi isə gəmiyə 1,4 kilometrə qədər və 800 metrədək dərinlikdə hücum edən torpedaları dəf etmək qabiliyyətinə malikdir.

"Paket-NK" kompleksi maksimum dərəcədə avtomatlaşdırılıb, hədəfi müstəqil olaraq aşkarlayır və təsnif edir, hərəkət parametrlərini müəyyənləşdirir, torpeda və ya torpeda əleyhinə hədəf təyinatını verir. Hər iki döyüş sursatı kifayət qədər sürətlidir – 50 dəniz mili (saatda 92 kilometr).

Aydın məsələdir ki, kreyserin elektron "içliyi" ən müasirləri ilə əvəz ediləcək və bu da gəmi heyətinin vəziyyət barədə məlumatlandırılmasını ciddi şəkildə artıracaq, eləcə də təyyarə silahlarından istifadə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.

Bununla yanaşı, kreyser inkişaf etmiş rabitə və naviqasiya, elektron döyüş sistemləri və üç təkmilləşdirilmiş "Ka-27M" göyərtə helikopterlərindən ibarət hava sistemi ilə təmin ediləcək. Bütün bu vasitələr ekipajın potensial düşmən sualtı qayıqlarını aşkar etməsini xeyli asanlaşdıracaq.

6