Proxima b planeti

Yaşayış üçün Yer qədər əlverişli planet tapıldı

12989
Proksima B bizim planetdən 1,3 dəfəyə qədər böyükdür və onun peyki Yerə nisbətən Günəşə 20 dəfə yaxınlıqda yerləşir

BAKI, 25 avq — Sputnik. Alimlər Günəşin yaxınlığında Yer tipli planet aşkarlayıblar. Sputnik İnforming-ə istinadən xəbər verir ki, astronomların sözlərinə görə, Proksima B ekzoplaneti Tsentavr ulduz bürcündə, "qırmızı cırtdan" Proksimanın ətrafında fırlanır. Bizim planetin prototipi Günəşin ətrafında 11,2 günə tam dövr edir və Yerdən 4,3 işıq ili (40 trln km) məsafədə yerləşir.

Yüksək göstəriciləri olan bu göy cismini şüa tezliyinin analizi nəticəsində aydınlaşdırmaq mümkün olub. Belə ki, Proksima Yerə yaxınlaşarkən Tsentavr ulduzunun hərəkət sürəti artır. Amma Proksima B-nin hərəkəti zəifləyəndə, ulduz da öz fəallığını azaldır.

19 yanvardan 31 marta qədərki dövrdə aparılan hərtərəfli və zəhmət tələb edən eksperimentlər zamanı alimlər ekzoplanetar obyektin göstəricilərinə dair xeyli məlumat əldə ediblər. Onlar eyni zamanda aşkarlayıblar ki, Proksima B bizim planetdən 1,3 dəfəyə qədər böyükdür və onun peyki Yerə nisbətən Günəşə 20 dəfə yaxınlıqda yerləşir.

Qranade Pedro Amado Astrofizika İnstitutunun tədqiqatçılarının sözlərinə görə, Proksima B indiyə qədər məlum olan 3,5 min ekzoplanet içərisində Yerə ən yaxın olanıdır. Ona görə də, bu planetdə həyat şərtlərinin yüksək olma şansı çoxdur.

12989
Teqlər:
Tsentavr, Proksima B, Proksima, planet, kəşf, alim, Yer
Əlaqədar
O, öz planetinə qayıda biləcəkmi?
Günəş sistemində dünyadan 10 qat böyük olan yeni planet kəşf edilib
NASA: Yer planeti toqquşa bilər
Astronomlar Günəş sisteminin ən uzaq planetini aşkar ediblər
"Planetlər paradı" başlayır