BAKI, 24 avq-Sputnik. ABŞ-ın vitse-prezidenti Co Bayden Ankaraya səfəri çərçivəsində Çankaya köşkündə Türkiyənin Baş naziri Binəli Yıldırımla görüşüb.
Görüşdən sonra vitse-prezident və Baş nazir birgə mətbuat konfransı keçiriblər.
Türkiyədə dövlət çevrilişinə edilən cəhdə, ölkədə davam edən terror aktlarına, regional proseslərə toxunan Co Bayden bildirib ki, onun ölkəsi İŞID, PKK və digər terrorçu təşkilatların tam zərərsizləşdirilməsinin tərəfdarıdır.
Dövlət çevrilişi cəhdini pisləyən vitse-prezident qeyd edib ki, ABŞ hökuməti bu işdə əli olanların Türkiyə hökumətinə verilməsi üçün mümkün olan hər şeyi edəcək."Bizim hüquqşünaslar hazırda bu istiqamətdə türkiyəli həmkarları ilə birgə çalışırlar. Bütün məlumatlar araşdırılır"- deyə C.Bayden vurğulayıb.
Binəli Yıldırım Türkiyə hökumətinə verdiyi dəstəyə görə Co Baydenə minnətdarlığını bildirib.
Qeyd edək ki, Co Baydenin Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü də gözlənilir.
BAKI, 16 yanvar — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərərgah kafe və restoranların yerində xidmət göstərəcəyi tarixi açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.
Qeyd edək ki, Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilmiş, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib. Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınıb.
BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınıb. Sputnik Azərbaycan 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində fəaliyyətinə icazə verilən iş və xidmətlərin siyahısını təqdim edir:
● ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, "Mall"ların fəaliyyəti istisna olmaqla);
● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);
● muzey və sərgi zallarının fəaliyyəti;
● şəhərlərarası və rayonlararası hərəkət.
Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.