CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu günə olan valyuta məzənnələri

© Sputnik / Murad OrujovMərkəzi Bank
Mərkəzi Bank - Sputnik Azərbaycan
Abunə olmaq
Dollar bahalaşıb. Avro manata nisbətən ucuzlaşıb. Rusiyanın milli valyutası ötən günlə müqayisədə 0,8 faiz artaraq 0,0252 manat səviyyəsinə yüksəlib.

BAKI, 24 avq — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. Sputnik AMB-nin saytına istinadən xəbər verir ki, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 23-ü ilə müqayisədə 0,25% artaraq 1,6245 manata yüksəlib.

Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,11% zəifləyərək 1,8349 manat olub. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublu ötən günlə müqayisədə 0,8% artaraq 0,0252 manat səviyyəsinə yüksəlib.

Türkiyə lirəsinin məzənnəsi 0,4% zəifləyərək 0,5496 manat olub. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1404 manatdır. Beləliklə, funt sterlinq 0,43%-lik bahalaşma nümayiş etdirib. Gürcüstan larisinin məzənnəsi 0,06% azalaraq 0,7119 manat təşkil edib.

Xəbər lenti
0