İstanbul Ədliyyəsi

İstanbul Ədliyyəsindən Rövşən Lənkəranski ilə bağlı şok qərar

33112
(Yenilənib 16:51 13.10.2016)
Şişli Hamidiyə Etfal Tədris və Araşdırma Xəstəxanası: "İstanbul Ədliyyəsi bu xəstə ilə bağlı hər hansı məlumatın verilməsini onun can güvənliyi baxımından qadağan edib"

BAKI, 18 avq-Sputnik. Rövşən Lənkəranski adlı azərbaycanlı kriminal avtoritetin İstanbulda güllələnməsi və onun yaralı ikən aparıldığı xəstəxanada öldüyü barədə müxtəlif təzadlı məlumatlar dolaşır. Sputnik-in əməkdaşları gün ərzində Şişli Hamidiyə Etfal Tədris və Araşdırma Xəstəxanası ilə əlaqə saxlayaraq gecə silahlı hücum nəticəsində yaralanaraq oranın reanimasiya şöbəsinə yerləşdirilmiş Rövşən Əliyev ad-soyadlı şəxsin durumu ilə maraqlanıb. Xəstəxana personalı sözügedən şəxsin ağır xəsarət aldığı, reanimasiya şöbəsində həkimlərin nəzarəti altında olduğu barədə məlumat verib.

Məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranski
© Photo : PUBLIC DOMAIN

Bu gün saat 18.10 radələrində isə xəstəxananın təhlükəsizlik xidmətindən Sputnik-ə bildiriblər ki, İstanbul Ədliyyəsi bu xəstə ilə bağlı hər hansı məlumatın verilməsini xəstəxana personalına qadağan edib. Bu qadağan qərarı isə xəstənin təhlükəsizliyi (can güvənliyi) baxımından verilib.

Təhlükəsizlik xidməti xəstənin müvafiq kod adı ilə qeydiyyata alındığını və o adın gizli saxlanılmasının xəstəxana personalına tapşırıldığını bildirib. Eyni zamanda qeyd edilib ki, hazırda sözügedən xəstəxana ətrafında ciddi təhlükəsizlik tədbirləri görülüb.

Sputnik Azərbaycanın İstanbuldakı Konsulluğu ilə əlaqə saxlayaraq vəziyyətə aydınlıq gətirilməsini istəyib. Konsulluqdan isə bildiriblər ki, onlar bu barədə hər hansı məlumat vermək səlahiyyətinə malik deyillər. Bu barədə suallar Azərbaycanın Xarici İşlər Nazirliyinə yönəldilməlidir. Konsulluq nümayəndəsi onların adından Azərbaycan mediasında yayılan məlumatları da təkzib edərək bildirib ki, biz heç kəsə Rövşən Əliyev ad-soyadlı şəxslə bağlı məlumat verməmişik. Konsulluğun adından yayılan məlumatlar tamamilə əsassızdır.

Azərbaycan XİN-dən isə gün ərzində heç kəs Sputnik-in bu barədə suallarını cavablandırmayıb. Sputnik-in Lənkəran müxbiri isə Rövşən Lənkəranskinin ailəsinə məxsus evdə onun dəfninə hər hansı hazırlığın aparılmadığını bildirib. Lənkəran şəhər polisi də Lənkəranskinin dəfninə hazırlıq getdiyi barədə məlumatları təkzib edib.

33112
Teqlər:
Şişli Hamidiyə Etfal Tədris və Araşdırma Xəstəxanası, Rövşən Lənkəranski, "kriminal avtoritet", İstanbul
Əlaqədar
Bakıda "kriminal avtoritet"lər arasında atışma olub
Azərbaycanda böyük kriminal kataklizmlər təhlükəsi
Qadınlarla bağlı kriminal xəbərləri yaymalı, yoxsa yaymamalı?!
Neft, arxiv şəkli

Neft pandemiyanın ikinci dalğasına dair narahatlıqlar fonunda həftəni itkilərlə tamamlayır

3
(Yenilənib 20:47 24.10.2020)
ABŞ və Avropada artan koronavirusa yoluxma hallarının enerji tələbatına təsirsiz ötüşməyəcəyi ilə bağlı narahatlıqlar neftin qiymətində itkilərə səbəb olub. Nəticədə neft qiymətləri həftəni az da olsa itkilərlə tamamlamağa doğru irəliləyir.

BAKI, 24 oktyabr — Sputnik. Birjalarda neft qiymətləri koronavirusun ikinci dalğasına dair artan narahatlıqlar fonunda həftəni itkilərlə tamamlayır.

Sputnik Azərbaycan xəbər verir ki, ABŞ və Avropada artan koronavirusa yoluxma hallarının enerji tələbatına təsirsiz ötüşməyəcəyi ilə bağlı narahatlıqlar neftin qiymətində itkilərə səbəb olub. Nəticədə neft qiymətləri həftəni az da olsa itkilərlə tamamlamağa doğru irəliləyir.

Rusiya Prezidenti Vladimir Putinin ehtiyac duyulacağı təqdirdə hasilat məhdudiyyətlərini artıra biləcəklərini söyləməsi həftə ərzində neft qiymətlərinin yuxarı istiqamətli dəyişməsinə dəstək olub. V.Putinin şərhi "OPEC+" koalisiyasının yanvar ayında istehsal məhdudiyyətlərini azaltmaqla bağlı planını təxirə sala biləcəyinə işarə kimi qiymətləndirilir.

Lakin koronavirus epidemiyasındakı ikinci dalğanın Avropa və ABŞ-da enerji tələbatını alt-üst edəcəyinə dair narahatlıqlar durmadan artır. ABŞ-ın bəzi ştatlarında artan koronavirus hadisələri ölkədəki benzin ehtiyatlarında may ayından bəri ən böyük artıma səbəb olub.

Ekspertlərə görə, hazırda 40 dollar/barel civarında dəyişən neft qiymətləri Liviya kimi ölkələrdə artan hasilat fonunda bazarı daha təmkinli olmağa vadar edir. Bazar gözləntiləri isə "OPEC+"un planlaşdırdığı istehsal artımına getməyəcəyi istiqamətində dəyişir.

"Brent" neftinin bir bareli Londonun ICE birjasında 41,77 dollara, "Light" markalı neftin bir bareli isə Nyu-Yorkun NYMEX birjasında 39,85 dollara alıcı axtarır.

3
Beynəlxalq təşkilatlar Ermənistanın münaqişədə birbaşa iştirakı barədə məlumatlandırılıb

Beynəlxalq təşkilatlar Ermənistanın münaqişədə birbaşa iştirakı barədə məlumatlandırılıb

10
Brifinqdə qonaqlara Ermənistanın Gorus və Qafan rayonlarından Azərbaycan mülki əhalisinin və infrastrukturunun raket zərbələrinə məruz qalması, eləcə də humanitar atəşkəs rejiminin kobud şəkildə pozması haqqında ətraflı məlumat verilib.

BAKI, 24 oktyabr — Sputnik. Oktyabrın 24-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün növbəti brifinq verib.

Brifinqdə qonaqlara Ermənistanın münaqişədə birbaşa iştirakı, Ermənistanın Gorus və Qafan rayonlarından Azərbaycanın Qubadlı və Laçın rayonlarının ərazilərinin, Ağdərə rayonunun işğal altında olan ərazilərindən Goranboy, Tərtər və Naftalan rayonlarında yaşayan Azərbaycan mülki əhalisinin və infrastrukturunun raket zərbələrinə məruz qalması, eləcə də humanitar atəşkəs rejiminin kobud şəkildə pozması haqqında ətraflı məlumat verilib.

10
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə