Boliviyalı qız

Onlar niyə gec qocalırlar

301
(Yenilənib 23:53 17.08.2016)
Genetiklər Latın amerikalıların gec qocalmasının sirrini müəyyən ediblər.

BAKI, 17 avq-Sputnik. Kaliforniya Universitetinin tədqiqatçıları Latin Amerikası etnik qrupuna aid xalqların daha gec qocaldığını müəyyən ediblər.

Sputnik "RİA Novosti"yə istinadla xəbər verir ki, genetika professoru Stiv Horvat Latın amerikalıların avropalılardan çox yaşadıqlarını deyib:

"Latın amerikalılar diabetdən və digər xəstəliklərdən əziyyət çəksələr də, onlar avropalılardan çox yaşayırlar. Alimlər bunu "Latın Amerikası paradoksu" adlandırırlar".

S.Horvatın sözlərinə görə, tədqiqat göstərir ki, latın amerikalılar molekulyar səviyyədə daha gec qocalırlar.

Genetika professoru və həmkarları təqribən 6 min nəfərin DNT nümunələri əsasında 18 məlumat dəstinin təhlilini aparıblar. Sınaqdan keçirilənlər arasında yeddi etnik qrupun nümayəndələri olub: iki Afrika qrupu, afroamerikalılar, avropalılar, Şərqi Asiya sakinləri, latın amerikalılar və latın amerikalılarla bağlı daha bir genetik qrup.

DNT nümunələrinin tədqiqi zamanı alimlər etnik mənşə ilə bağlı fərqlərdən heyrətə gəliblər. Tədqiqatçılar latın amerikalıların qanının daha gec qocaldığını müəyyən ediblər.

S.Horvat digər insan toxumalarının qocalma sürətini öyrənməyi və latın amerikalıları qocalıqdan qoruyan molekulyar mexanizmi müəyyən etməyi də planlaşdırır.

301
Əlaqədar
Ömrü uzadan və cavan qalmağa kömək edən qidalar
Cavan qalmağın daha bir üsulu