CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vertolyot almaq istəyənlərin nəzərinə!

© Alexander IsaykinVertolyot
Vertolyot - Sputnik Azərbaycan
Abunə olmaq
Sentyabrın 14-də baş tutacaq hərracda "Azərbaycan Hava Yolları" QSC-yə məxsus, 1991 və 1993-cü illərdə istehsal edilmiş "Mİ-8 MTV1" markalı 3 vertolyot satışa çıxarılacaq

BAKI, 17 avq — Sputnik. Azərbaycanda vertolyotlar satışa çıxarılıb. Əmlak Məsələləri Dövlət Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hərrac sentyabrın 14-də baş tutacaq. Hərracda "Azərbaycan Hava Yolları" QSC-yə məxsus, 1991 və 1993-cü illərdə istehsal edilmiş "Mİ-8 MTV1" markalı 3 vertolyot satışa çıxarılacaq.

vertolyot - Sputnik Azərbaycan
RUSİYA
Rusiyada vertolyot qəzaya uğrayıb, iki nəfər ölüb

Hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcək (Zeynal Xəlil küçəsi 11). Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. 10% məbləğində beh Mərkəzi Bankda — AZ65NABZ01361150000000004944 nömrəli hesaba köçürülməlidir.

Xəbər lenti
0