İki gənc intihar etdi

CC0 / ArtWithTammy / suicideПовесившийся в лесу человек. Архивное фото
Повесившийся в лесу человек. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Gənclərdən biri həyatını itirib, digərininsə həyat yoldaşı həbs edilib.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 16 avq-Sputnik. Bu gün Qax və Şəki rayonlarında intihar hadisəsi qeydə alınıb.

Belə ki, bu gün axşam saatlarında Qax rayonunun Amanlı kənd sakini, 1991-ci il təvəllüdlü Şahin Yusif oğlu Məmmədli kirayə yaşadığı özünü asıb.

Onun cəsədi qohumları tərəfindən Qax şəhəri, Molla Pənah Vaqif küçəsi, ev 23 ünvanında aşkarlanıb. O, özünü həyətdəki nar ağacından asıb.

Araşdırma zamanı Şahin Məmmədlinin ailəli olduğu və bir ay əvvəl həyat yoldaşının onu tərk edərək evdən getdiyi məlum olub.

Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb, araşdırma aparılır.

Digər intihar hadisəsi isə Şəkidə qeydə alınıb. 25 yaşlı qadın ərinin həbsinə etiraz olaraq intihara cəhd edib.

Şəki Rayon Mərkəzi Xəstəxanasından Sputnik-ə verilən məlumata görə, bu gün səhər saatlarında Şəki şəhəri, M. Əliyev küçəsi, ev 21 ünvanında yaşayan Səyyarə Firuddin qızı Cəfərova xəstəxanaya gətirilib.

Məlum olub ki, o, sol qolunun bilək nayihəsinin kəsib.

Müayinə zamanı S.Cəfərovanın biləyində 4 paralel və uzunluğu 5-6 sm kəsilmiş yara olub.

O bildirib ki, bu addımı atmasına səbəb ötən gün ərinin haqsız yerə həbs olunmasıdır.

S.Cəfərova özü intihar etmək məqsədi ilə kəsici alətlə biləyini kəsib. Onun yaraları cərrahi yolla tikilib və həyati təhlükəsi olmadığından evə buraxılıb.

Şəki şəhər Polis şöbəsindən verilən məlumata görə, S. Cəfərovanın əri, 1987-ci il təvəllüdlü Tural Şəhriyar oğlu Musayev narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə ötən gün Şöbənin əməkdaşları tərəfindən saxlanılıb. Ondan tiryək götürülüb. S.Cəfərova isə iddia edir ki, onun həyat yoldaşını şərləyərək həbs ediblər.

Xəbər lenti
0