İsti

NASA son 136 ilin ən isti ayını açıqlayıb

554
(Yenilənib 22:16 16.08.2016)
NASA: 2016-cı ilin iyulu son 136 ildə ən isti ay olub.

BAKI, 16 avq-Sputnik. NASA-nın məlumatına görə, bu ilin iyul ayı meteoroloji müşahidələrin bütün tarixi ərzində, yəni son 136 ildə dünyanın ən isti ayı olub.

Sputnik "radiovesti"-yə istinadla xəbər verir ki, ötən ay orta temperatur rekord göstəricilərin qeydə alındığı 2011-ci və 2015-ci illərin iyul ayları ilə müqayisədə 0,18 dərəcə yüksək olub.

2009-cu ilin iyulu və 2014-cü ilin avqustu da meteoroloji müşahidələrin aparıldığı müddətdə qeydə alınmış beş ən isti ay sırasındadır.

Son illərdə daim rekord göstəricilər qeydə alınır. Alimlərin çoxu planetdə istilənmənin səbəbini parnik qazlarında görür.

554
Teqlər:
iyul, yay, NASA
Əlaqədar
NASA: Yer planeti toqquşa bilər
NASA Marsda nəhəng buz kütləsi aşkarlayıb
“NASA” Marsa uçuş vaxtını iki dəfə azaldacaq
“NASA” Marsa göndəriləcək yeni aparatın sınaqlarına başlayıb