Döymə, tatu

Bu döymənin köməyi ilə smartfonu idarə etmək informasiya göndərmək olar

40
Unikal döymənin köməyi ilə kompüter və ya mobil qurğuları idarə etmək üçün əldə kiçik sensor panel yaratmaq mümkündür.

BAKI, 15 avq-Sputnik. "Microsoft Research" bölməsi və "MIT Media Lab" mütəxəssisləri tərəfindən hazırlanmış unikal döymənin köməyi ilə smartfonu idarə etmək və ya müxtəlif informasiya göndərmək olar.

Sputnik "mail.ru"-ya istinadla xəbər verir ki, yeni qurğu "DuoSkin" adlanır. İstehsalçılar rəqəmli döymədən istifadə ilə əlaqədar üç ssenari düşünüblər. Belə ki, onun köməyi ilə kompüter və ya mobil qurğuları idarə etmək üçün əldə kiçik sensor panel yaratmaq olar.

İstehsalçılara görə, həm də belə döymədən insanı bəzəmək üçün istifadə etmək mümkündür. Bundan əlavə, döymə təsvir sahibinin emosional vəziyyəti və ya bədən temperaturundan asılı olaraq rəngini dəyişmək qabiliyyətinə də malikdir.

Həmçinin rəqəmli döymədən kiçiktutumlu informasiyanın saxlanılmasında istifadə etmək olar.

Belə döymə bədəndə bir həftə qala bilir. Təsvir zərdən yaradılır. Ona görə də, hələlik elektron təsvir kütləvi tətbiq üçün əlverişli deyil.

40
Teqlər:
DuoSkin, sensor, MIT Media Lab, döymə, Microsoft Research

Santa-Barbarada olmuşam! Tanınmış azərbaycanlı müğənnidən fərqli paylaşım

1
(Yenilənib 20:15 05.07.2020)
Santa-Barbara şəhərinə səfər edən tanınmış azərbaycanlı ifaçı Fərid Məmmədov imkanı əldən buraxmayıb və uşaqlıq arzusunu həyata keçirib

BAKI, 5 iyul – Sputnik, Kəmalə Əliyeva. Azərbaycanı “Avrovision-2013” mahnı müsabiqəsində təmsil edən tanınmış ifaçı Fərid Məmmədov məşhur “Santa-Barbara” serialının çəkildiyi yerlərdə olub.

Sputnik Azərbaycan xəbər verir ki, Fərid səfəri ilə bağlı fotoları “Instagram” səhifəsində paylaşıb. Fərid etiraf edir ki, uşaqlıda bu serialı çox sevdiyindən, nə zamansa çəkilişlər gedən evi ziyarət etmək qərarına gəlib.

View this post on Instagram

#santabarbara #santabarbaraseries another trip

A post shared by Farid (@thefaridmammad) on

 “Santa-Barbara” tarixdə ən uzun sabun operası (soap opera) sayılır. Ümumilikdə serialın 2137 seriyası çəkilib. “Santa-Barbara” eyniadlı şəhərdə yaşayan Kepvell ailəsinin həyatından bəhs edir.

Fərid Məmmədov Azərbaycanın Əməkdar artisti Aybəniz Həşimovanın yetirməsidir. 2013-cü ildə Azərbaycanı “Avrovision” müsabiqəsində təmsil edəndən sonra xaricdə də tanınmağa başlayıb.

1
Əməkdar artist Tofiq Hüseynov

Əməkdar artist Tofiq Hüseynov vəfat edib

28
(Yenilənib 20:37 05.07.2020)
Aktyor bir saat əvvəl evində dünyasını dəyişib. Xatırladaq ki, Tofiq Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkirdi.

BAKI, 5 iyul – Sputnik. Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Əməkdar artist Tofiq Hüseynov vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Akademik Milli Dram teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat yayıb.

Qeyd edilir ki, aktyor bir saat əvvəl evində dünyasını dəyişib.

Xatırladaq ki, Tofiq Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkirdi.

"Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovun və teatrın kollektivi adından Tofiq Hüseynovun yaxınlarına dərin hüznlə başsağlığı verir, mərhuma Allahdan rəhmət diləyirik. Tofiq Hüseyov iyulun 6-da öz vəsiyyətinə uyğun olaraq Xırdalan qəbiristanlığında anasının və atasının yanında torpağa tapşırılacaq. Ruhu şad olsun!

Tofiq Əbdülrəhim oğlu Hüseynov 1949-cu il iyun 24-də Bakı şəhərində anadan olmuşdur.

Tofiq Əbdülrəhim oğlu Hüseynov 1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirmişdir.Tofiq Hüseynov bir çox teatrların səhnəsində çalışmış, müxtəlif obrazlar oynamışdı. Bunlar: Rza bəy (“O olmasın, bu olsun”,Ü.Hacıbəyov),Əzrayıl (“Bu meydan, bu şeytan”,F.Aşurov),Mərd Mazarov (“Adamın adamı”,Anar),Hacı Namazalı (“Danabaş kəndinin məktəbi” C.Məmmədquluzadə),Tülkü (“Cücələrim” T.Mütəlibbov ),Cəbi (“Hacı Qəmbər”,N.Vəzirov ),Şah Kreon (J.Anuy “Medeya”),Vəzir Zəban (O.Altunbay “Tomris”) obrazlarıdır.

Tofiq Hüseynov 2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır.Teatrın repertuarındakı müxtəlif janrlı tamaşalarda rollar oynayıb.

Onlardan:Komiyonçu “Kəllə”(N.Hikmət),Knyaz Orbeliani “Brüsseldən məktublar”( H.Həsənov),Oqtay “Rəqabət”(B.Vahabzadə),Hacı Kərim “Ölülər” (C.Məmmədquluzadə), Rüstəm xan(“Eloğlu”,A.Şaiq),Qala rəisi(“Xurşidbanu Natəvan”,İ.Əfəndiyev),Bekar Ağabala “Dirilən adam”( Mir Cəlal),Katib “Ölüləri qəbiristanlıqda basdırın”( İ.Şıxlı),Ağamusa Fərəcov “Dəlilər və ağıllılar” (İ.Əfəndiyev),Əcəl “Alın yazısı”( T.Minnullin) və digər obrazları tamaşaçı maraqla qarşılayıb.

Aktyor “Meteranpaj”(Kamayev),”3-mollanın sərgüzəşti”(Mola Vəli),”Şkafda adam”(Ər),Molla Nəsrəddinin lətifələri əsasında eyniadlı əsərin tamaşalarında, “Marş” (Komandir),“Dəvətnamə”(Briqadir),”O dünyadan salamlar”(Əli bəy), “Bahar ərəfəsində”(Direktor) və s.filmlərə çəkilib.

Tofiq Hüseynov 2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb", - deyə o bildirib.

28