Hakan Şükürün atasını həbs etdilər

© Photo : TwitterHakan Şükür
Hakan Şükür - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin məşhur futbolçusu Hakan Şükürün atası Sermet Şükür bu gün saxlanılıb.

BAKI, 12 avq-Sputnik. Türkiyənin məşhur futbolçusu Hakan Şükürün atası Sermet Şükür bu gün saxlanılıb.

Sputnik-in məlumata görə, polisə S. Şükürün Adapazarının Sakarya prospektində yerləşən Salko məscidində cümə namazında olduğu barədə məlumat daxil olub.

Məscidə gələn polislər cümə namazının bitməsini gözləyiblər. Namaz bitəndən sonra polisləri görən S. Şükür onlara təslim olub.

S. Şükür ifadəsi alınmaq üçün polis idarəsinə aparılıb.

Qeyd edək ki, dünən Sakarya Baş Prokurorluğu Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində H. Şükür və atası S. Şükürun saxlanılması barədə qərar verib. Bu gün isə prokurorluq H. Şükür və atasının mal və mülklərinin müsadirə edilməsi barədə qərar qəbul edilib.

Xəbər lenti
0