ABŞ Dövlət Departamentinin sözçüsü Elizabet Trudo

Dövlət Departamenti: Biz Türkiyə ya FETÖ arasında seçim etməyəcəyik

1798
(Yenilənib 12:56 12.08.2016)
Elizabet Trudo: Fətullah Gülənin ekstradisiyası aylar və ya illər çəkə bilər.

BAKI, 12 avq-Sputnik. ABŞ Dövlət Departamentinin sözçüsü Elizabet Trudo gündəlik mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Rusiyanın İŞİD-ə qarşı əməliyyatlara qatılması ilə bağlı çağırışına münasibət bildirib.

Sputnik "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Elizabet Trudo Türkiyə və digər müttəfiqlərlə İŞİD-ə qarşı mübarizə ilə bağlı yaxın təmas içərisində olduqlarını ifadə edib: "Əgər İŞİD-ə qarşı mübarizə hamımızın məqsədidirsə və bu da həqiqətən bu mənada atılmış bir addımdırsa, alqışlayırıq".

ABŞ Dövlət Departamentinin sözçüsü Gülənin qaytarılması ilə bağlı deyib: "Bu mövzunu daha əvvəl danışdıq. Geri qaytarma ilə bağlı razılaşma ikitərəfli imzalanıb. Bu, iki müttəfiqin hüquqi, texniki bir əlaqəsidir. Bu prosesin necə inkişaf edəcəyi çox açıqdır, duyğulardan təsirlənməz və siyasi təsir altına düşməz. Bildiyiniz kimi, bəzi sənədlər bizə çatdı. Araşdırmağa və türk dostlarımızla mövzu ilə əlaqədar ünsiyyətdə olmağa davam edirik. Lakin, bu proses hüquqi tərəfindən idarə olunur və qanunla tənzimlənəcək bir prosesdir".

O, deyib ki, Türkiyə ilə ittifaqımız, söylədiyimiz kimi 1952-ci ildən bəridir. Türkiyə ilə əməkdaşlığımız dərin, güclü və sağlamdır.

Trudo ABŞ-ın imzaladığı bütün ekstrdisiya müqavilələrində öhdəlikləri yerinə yetirəcəyini ifadə edib. O, bu mövzunun "FETÖ və ya Türkiyə seçimi" şəklində qoyulmadığını bildirib.
Trudo deyib: "Türkiyə və ya FETÖ arasında seçim aparmağımıza ehtiyac yoxdur. Ekstradisiya haqqında qanuni müddət çox dəqiqdir və bu, müqavilədə də ifadə edilib. Türkiyəyə dəstəyimiz və əməkdaşlığımız müzakirə predmeti olmamalıdır".

Fətullah Gülənin ekstradisiya prosesinin nə qədər davam edəcəyi istiqamətindəki suala cavabında Trudo deyib: "Aylar da ola bilər, illər də. Müəyyən bir vaxtı dəqiq deyə bilmərəm".
Qeyd edək ki, hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülən 15 iyulda Türkiyədə baş verən hərbi çevrilişə cəhddə ittiham olunur. Türkiyə onun ölkəyə ekstradisiyası üçün ABŞ-a rəsmi müraciət edib. Amma AŞB rəsmiləri bildiriblər ki, yalnız F.Gülənin çevrilişdə əlinin olduğuna dair sənədlər sübuta yetiriləcəyi təqdirdə onun ekstradisiyası məsələsinə baxılacaq. 

1798
Teqlər:
Elizabet Trudo, FETÖ, Fətullah Gülən, ABŞ Dövlət Departamenti, Türkiyə
Əlaqədar
Barak Obama Fətullah Gülən haqqında danışdı
ABŞ Fətullah Gülənin qaçması üçün şərait yaradır?
Bu ölkə Fətullah Güləni qəbul edə biləcəyini açıqladı
Fətullah Gülən ABŞ-dan başqa ölkəyə köçə bilər
"ABŞ Fətullah Gülənə görə Türkiyəni itirmək istəməz"