Qazax rayon sakini Alim Əzizovun əkdiyi badımcan bitkisi pomidor formasında bar verib

Badımcan əkdi, "pomidor" bitdi

756
(Yenilənib 14:01 12.08.2016)
Alim Əzimov: Sonra da gedib yazırlar ki, guya badımcan əkmişəm, pomidor yetişib və mən də bundan dəhşətə gəlmişəm.

Hikmət Orhun

BAKI, 12 avq-Sputnik. Bu günlərdə Qazax rayon sakini Alim Əzizovun həyətyanı sahədə becərdiyi təsərrüfatında qəribə bir hadisə baş verib.

Belə ki, bir neçə ay qabaq toxumunu bir qohumundan alıb əkdiyi badımcan bitkisi pomidor formasında bar verib. Bu isə görənləri heyrətə salır. Alim Əzizov isə bitkinin bu formada bar verməsinin onun üçün yeni bir şey olmadığını deyib:

"Əslində, burada möcüzəvi heç nə yoxdur. Geni dəyişdirilmiş və yaxud toxumu pomidor və badımcanın calağından tutulmuş ola bilər. Qabaq türk telekanallarında da eyni bitki növünü görmüşdüm. Bir neçə ay qabaq bacımın həyətində görəndə isə marağıma səbəb olduğundan istədim, mənim qapımda da olsun. Bar verəndən sonra isə qardaşım oğlunun sayəsində əməlli-başlı marağa səbəb oldu. Ona bir-iki dənəsini pay vermişdim, jurnalist dostunun sayəsində telekanalların biri gedir, o biri gəlir. Sonra da gedib yazırlar ki, guya badımcan əkmişəm, pomidor yetişib və mən də bundan dəhşətə gəlmişəm."

O bildirib ki, pomidor formasında bar verən bu badımcan növü dadına görə ənənəvi badımcandan kəskin şəkildə fərqlənir:

  • Qazax rayon sakini Alim Əzizovun əkdiyi badımcan bitkisi pomidor formasında bar verib
    Qazax rayon sakini Alim Əzizovun əkdiyi badımcan bitkisi pomidor formasında bar verib
    © Sputnik / Hikmet Orhun
  • Qazax rayon sakini Alim Əzizovun əkdiyi badımcan bitkisi pomidor formasında bar verib
    Qazax rayon sakini Alim Əzizovun əkdiyi badımcan bitkisi pomidor formasında bar verib
    © Sputnik / Hikmet Orhun
  • Qazax rayon sakini Alim Əzizovun əkdiyi badımcan bitkisi pomidor formasında bar verib
    Qazax rayon sakini Alim Əzizovun əkdiyi badımcan bitkisi pomidor formasında bar verib
    © Sputnik / Hikmet Orhun
  • Qazax rayon sakini Alim Əzizovun əkdiyi badımcan bitkisi pomidor formasında bar verib
    Qazax rayon sakini Alim Əzizovun əkdiyi badımcan bitkisi pomidor formasında bar verib
    © Sputnik / Hikmet Orhun
  • Qazax rayon sakini Alim Əzizovun əkdiyi badımcan bitkisi pomidor formasında bar verib
    Qazax rayon sakini Alim Əzizovun əkdiyi badımcan bitkisi pomidor formasında bar verib
    © Sputnik / Hikmet Orhun
1 / 5
© Sputnik / Hikmet Orhun
Qazax rayon sakini Alim Əzizovun əkdiyi badımcan bitkisi pomidor formasında bar verib

"Yeməkdə qəribə tam verir, şəxsən mənə xoş deyil. Sadəcə yağlılığı hədsiz çoxdur və bircə qızartması yaxşı olur. Ən yaxşı yanı isə çəkidə ağır gəlməyidir."

Qazax rayonunda bitkiçiliklə məşğul olan digər təsərrüfat sahibləri də qeyd ediblər ki, bu, yeni bir şey deyil. Ona son illər tez-tez rastlanır. Əsasən toxumu Rusiyadan gətirilən badımcan, eləcə də, pomidor və xiyar bitkilərində eyni hal müşahidə olunur.

756
Teqlər:
Rusiya, Qazax, pomidor, Alim Əzizov, badımcan
Əlaqədar
Yarım ton pomidor məhv edildi
Badımcan dolmasının resepti
Astaralı şəhid Orxan Babayevin fotoları

Öz qanı işə tarix yazan astaralı şəhid Orxan Babayev

9
(Yenilənib 20:47 27.09.2021)
Orxan qumbaraatan idi, orada düşmənin bir neçə tankını və zirehli texnikasını məhv etmişdi. Dostu deyir ki, əgər Orxan olmasaydı, itkilərimiz çox olacaqdı.

BAKI, 27 sentyabr — Sputnik. Şuşa şəhərini erməni qəsbkarlarından azad edərkən adını öz qanı ilə tarixə yazan Daxili Qoşunların Baş çavuşu Şəhid Orxan Babayev. 1994-cü ildə Astaranın Kijəbə qəsəbəsində dünyaya göz açan Orxan ailədə 3-cü övlad olub. "

Biz ailədə 4 qardaş olmuşuq, Orxan məndən sonra 3-cü qardaş idi. Orxan çox mehriban, sadə, yolagedən biri idi. Yaş fərqimiz az olduğuna görə çox yaxın münasibətimiz var idi. Nə çətinliyi, nə sevinci var idisə mənimlə bölüşürdü."- Elvin Babayev şəhid qardaşı haqqında Sputnik Azərbaycana müsahibəsində bildirib.

Elvin Babayev qardaşı Orxanla 44 günlük Vətən müharibəsi zamanı tez-tez əlaqə saxladığını deyib:

"Qərara gəldik ki onun müharibədə olduğunu valideynlərimizə deməyək. Yoxsa onlar üçün hər gün bir ilə dönəcəkdi. Bu səbəbdən sıx-sıx biri-birimizlə əlaqə saxlayırdıq. Döyüşlər zamanı uzun-uzadı danışmağa vaxt olmadığına görə, müəyyən zaman çərçivəsində biri-birimizdən hal-əhval soruşurduq. Harada olduğunu mənə müəyyən şifrələrlə deyirdi. Noyabrın 7-də Şuşa ətrafında şəhid oldu".

© Sputnik / Rahim Muradov
Astaralı şəhid Orxan Babayevin fotoları və şəxsi əşyaları

Elvin torpaqlarımızın işğaldan azad edilməsində şəhid qardaşının da payının olmasından qürurlandığını ifadə edib:

"Bu hissi sözlə ifadə etmək olmur. Qardaş itirmək çox acı bir şey olsa da, onun şəhid olması, necə deyərlər, 30 illik xalqımızın həsrətinə son qoyması, bu cür qəhrəmanlıq göstərərək şəhadətə qovuşması ilə ancaq fəxr edirəm. Qürur hissi duyuram ki, Orxan kimi qardaşım var".

Orxanın döyüş və xidmət yoldaşı, eyni zamanda həmkəndlisi Şəhriyar Mərufov da bizimlə xatirələrini bölüşüb: "Biz əvvəldən də dost idik. Hərbi xidmət sadəcə dostluğumuzu daha da möhkəmlətdi. Biz orada çətin günlərdən, çətin sınaqlardan, kurslardan keçmişik. Hərbi xidmətdə isə bizim Orxanla münasibətimiz 2016-cı ildən başlayıb və daha da möhkəmlənib". 

Dostlar müharibə zamanı Füzuli istiqamətindən hərəkətə başlayıblar. Ondan sonra Cəbrayıl, Hadrut, Xocavənddə döyüşüblər. Ən qızğın, son döyüşləri isə Şuşa şəhərini düşmən işğalından azad etmək uğrunda olub.

"Bizə verilən tapşırığa əsasən 3-4 gün ərzində Şuşa şəhəri istiqamətində hərəkət etdik. Biz orada meşələrdən, dağlardan, dağ cığırlarından və çətin yollardan ac-susuz keçdik. Hətta elə olurdu ki, Orxanla birlikdə bir peçenyeni bir neçə hissəyə bölüb yeyəndən sonra hərəkətə başlayırdıq. Şuşada birbaşa düşmənin üzərinə hücumə keçdik.

© Sputnik / Rahim Muradov
Astaralı şəhid Orxan Babayevin fotoları və şəxsi əşyaları

Orada 1553-cü zirvədə düşmənlə atışmada, düşmən postunun yerləşdiyi yüksəkliyi ələ keçirəndən sonra hər qrupa ayrı-ayrı tapşırıqlar verildi. Bizim qrupu həmin yüksəkliyin mühafizəsi üçün saxladılar. Orxanın hərəkət etdiyi qrup isə Şuşanın mərkəzinə doğru irəliləməli idi".

Şəhriyar deyir ki, məhz Orxanın qəhrəmanlığı nəticəsində onların dəstəsində itki az olub: "Şuşa-Laçın koridoru istiqamətindən hərəkət edən erməni tankları bizə atəş açmağa başladılar. Orxan qardaşımız qumbaraatan idi və orada düşmənin bir neçə tankını və zirehli texnikasını məhv etmişdi. O, orada böyük qəhrəmanlıq göstərdi. Əgər o texnikalar məhv edilməsəydi, bizim işimiz çətinləşəcək və itkimiz çox olacaqdı. Noyabrın 5-də mən həmin yüksəklikdə yaralandıqdan sonra onlar döyüş tapşırığını davam elədilər və noyabrın 7-də Şuşa qalası yaxınlığında ermənilərin minaatandan atdığı mərminin partlaması nəticəsində Orxan qardaşımız şəhid oldu".

© Sputnik / Rahim Muradov
Astaralı şəhid Orxan Babayevin medalının vəsiqəsi

Noyabrın 8-i Şuşa alınan gün, xəstəxanada yatan Şəhriyara Orxanın şəhid olduğunun deyiblər.

"Biz buna inanmırdıq. Döyüşlərin bitməyinə 2 gün qalmışdı, həm də elə cəsur, igid qardaşımızı itirməyi biz qəbul edə bilmirdik. Həmişə hücum əmrini gözləyirdik. Bizim Orxanla xüsusi təyinatlıları seçməyimizin, yəni orada xidmət etməyimizin səbəblərindən biri də torpaqlarımızın işğal altında olması idi. İnanırdıq ki, bir gün bu tapşırıq olacaq və torpaqlarımızı düşməndən azad edəcəyik. Torpaqları azad etdikcə, postları aldıqca, bizə dincəlmək əmri veriləndə istirahət etmək yox, qabağa gedib yeni torpaqları işğaldan azad etmək istəyirdik", - deyə Şəhriyar bildirir.  

Prezident İlham Əliyevin sərəncamına əsasən Orxan Babayev ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

9
Vətən müharibəsi iştirakçısı Namiq İbrahimli

Rayonları, kəndləri ildırım sürəti ilə azad edirdik - Qazi Namiq İbrahimli

11
(Yenilənib 20:30 27.09.2021)
Qazinin sözlərinə görə, Şuşada növbəti döyüş əmrini gözləyərkən, təbrik smsləri gəlib. Komandir elan edib ki, ermənilər təslim olub.

BAKI, 27 sentyabr — Sputnik. Ermənilər torpaqlarımızı işğal etməklə yanaşı tez tez təxribatlarada əl atıb, yeni ərazi iddiaları edirdilər. 2020-ci ilin iyul ayında Tovuz istiqamətində buna cəhd edərək, acı məğlubiyyətlə geri çəkilməli oldular. Həmin döyüşlərdə əsgəri ilə bərabər səngərdə olan general Polad Həşimov onunla bərabər bir neçə vətən oğlu ən uca zirvəyə şəhadətə yüksəldilər. İyul döyüşlərində Azərbaycanın bütün bölgələrindən mərd, cəngavər oğullar hərbi komissarlıqlara yollanaraq döyüşlərə getmək üçün könüllü yazıldılar.

Düşmənin təxribatı 2020-ci ilin 27 sentyabrında yenidən baş verdi. Ermənistan silahlılarının müxtəlif istiqamətlərdən açılan atəşi nəticəsində, mülki əhali arasında tələfat, yaralananlar oldu. Bu zaman artıq ali baş komandanın əmri ilə Azərbaycan ordusu öz torpaqlarını azad etmək üçün irəli atıldı.

44 günlük Vətən müharibəsində könüllü iştirak edənlərdən biri də  İbrahimli Namiq Elşən oğludur. O, 1986-cı Mingəçevir şəhərində doğulub. N. İbrahimli orta məktəbi bitirib, ali təhsil alır. Hərbi xidmətini başa vurduqdan sonra 2009-cu ildən Mingəçevir şəhər Vaqif Ağakişiyev adına 12 nömrəli orta məktəbdə Gənclərin çağrışa qədərki hazırlığı və Fiziki tərbiyə müəllimi olaraq fəaliyyət göstərir. 27 sentyabr düşmən təxəribatından sonra başlayan müharibəyə o könüllü olaraq 29 sentyabrda yollanır. Mingəçevir sakini ən yaxın dostu Allahverdi Babayevin şəhid xəbərini aldıqdan sonra artıq dayana bilmədiyini deyir:

© Photo : Courtesy of Namig Ibrahimli
Vətən müharibəsi iştirakçısı Namiq İbrahimli

“27 sentyabrda düşmənin təxribatı zamanı çox narahat olduq. Mən Tovuz döyüşərindən sonra könüllü yazılmışdım. Müharibənin ilk günü dostum Allahverdi Babayev Suqovuşan istiqamətində şəhid oldu. Bundan sonra artıq mən şəhərdə oturub şəhid xəbəri alıb, şəhid qarşılaya bilməzdim. 29-ü könüllü olaraq yollandım döyüşə. Füzulidən Şuşaya qədər döyüş yolu keçmişəm. Təxliyə manqa komandiri və sanitar təlimatçı olaraq ilk döyüşə Cəbrayılda girmişik. Çox ağır döyüşlər gedirdi ilk çıxardığım şəhid mingəçevirli Qəhrəman Nəsirov oldu. Onu deyim ki, düşmən ordusu qarşımızda tab gətirmirdi, qaçırdılar. Kəndlərimizi ildırım sürəti ilə azad edirdik.

İnan ki, o kəndlərdə dayanmağa, vaxtmız olmurdu. Baxa bilmirdik ki, bu hansı yaşayış məntəqəmizdi. Ancaq irəli gedirdik. Hadrutu azad edəndə, ağır döyüş oldu itkilərimizdə oldu. Həmin istiqamətdə 11 şəhidimiz vardı onları çıxardan zaman dağlıq, sıldırımlı ərazidən düşərkən yıxıldım dizimdən ağır zədə aldım. Amma o qədər döyüşə, qələbəyə həvəs vardı ki, gedib qospitalda hər hansı müalicə almadan döyüşü davam etdirdim.”

Orta məktəbdə hər zaman şagirdlərinə vətənpərvərlik aşılayan, tezliklə torpaqlarımızı azad edəcəklərinə söz verən müəllim öz arzusuna çata bilir. Hətta 44 günlük müharibə zamanı dərs verdiyi  şagirdlərindən bəziləri ilə döyüş yoldaşı da olur. Qələbə xəbərini isə Şuşada alır:

  • Vətən müharibəsi iştirakçısı Namiq İbrahimli
    © Photo : Courtesy of Namig Ibrahimli
  • Vətən müharibəsi iştirakçısı Namiq İbrahimli
    © Photo : Courtesy of Namig Ibrahimli
  • Vətən müharibəsi iştirakçısı Namiq İbrahimli
    © Photo : Courtesy of Namig Ibrahimli
1 / 3
© Photo : Courtesy of Namig Ibrahimli
Vətən müharibəsi iştirakçısı Namiq İbrahimli

“Noyabrın 1-dən 7-ə qədər bizim ağır döyüşlərimiz oldu. Dumanlı, çiskinli havada meşəlik ərazi ilə hərəkət edirdik bilmirdik ki, artıq Şuşaya girmişik. Ermənilər bizim Topxana meşəsində olduğumuzu bilib oranı yandırıdılar. Sadəcə əmr gəlirdi ki, postları almalısınız. Verilən tapşırığı yerinə yetirib, ancaq irəlləyirdik. Noyabrın 7-i günü hava açıldı, uzaqdan Şuşa qalasını görürdük və onda bildik ki, artıq Xüsusi Təyinatlılarımız şəhərə daxil olub. Şuşanın azad edilməsini ayın 8-i günü rabitə əlaqəsi ilə eşitdik. Daha sonra korpus komandiri təbrikini çatdırdı. Bununlada 40 gündən artıq çəkdiyimiz əziyyət, yorğunluq yox oldu. Bu xəbərdən sonra hamımızda bir əminlik yarandı ki, artıq düşmən təslim olmağa çox yaxındı. Elə düşündüyümüz kimi də oldu ermənilər öz məğlubiyyətləri ilə barışmağa məcbur oldular.”

Artıq Mingəçevir sakini 35 yaşlı Namiq İbrahimli qalib ordunun əsgəri, bütövləşən Azərbaycanın müəllimidir. Dərs verdiyi şagirdlərin önününə alınaçıq, tarixi qələbədə pay sahibi kimi çıxır. 44 günlük Vətən müharibəsində göstərdiyi xidmətlərə görə, ölkə başçısının sərəncamına əsasən “Füzulinin azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Şuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib. Ailəli olan olan N.İbrahimlinin 9 yaşlı oğlan övladı var. Qeyd edək ki, 44 günlük Vətən müharibəsinin könüllü iştirakçısı “Gənc Qazilər” İctimai Birliyinin Mingəçevir filialının sədridir.

11