Bəşər Əsəd atəşkəs elan etməyə məcbur olub

© REUTERS / Rodi SaidSuriya, hələb şəhəri
Suriya, hələb şəhəri - Sputnik Azərbaycan
Abunə olmaq
Hələbdə 2 milyon insanın 4 gündür evlərində su yoxdur və toqquşmaların davam etdiyi şəhərdə ciddi səhiyyə problemləri var.

BAKI, 11 avq — Sputnik. Rusiyanın Müdafiə Nazirliyi Hələbdə avqustun 11-dən etibarən 3 günlük atəşkəs qərarının qüvvədə olduğunu açıqlayıb.

Sputnik-in məlumatına görə, bu barədə Rusiyanın Baş Qərargah rəisi Sergey Rudskoy məlumat verib. O, Hələbdə yerli saatla 10.00-13.00 arasında havadan və qurudan hücumların olmayacağını elan edib.

Elan edilən saatlarda humanitar yardım dəstələrinin şəhərə təhlükəsiz şəkildə daxil ola biləcəyi qeyd olunub.

BMT-nin Humanitar İşlər və Təcili Yardım koordinatoru Stefan Obrayn Rusiyanın hər gün üç saatdan həftədə cəmi 21 saat olaraq tətbiq edəcəyi atəşkəsin humanitar yardımların çatdırılması üçün yetərli olmadığını açıqlayıb.

Onun sözlərinə görə, humanitar yardımların əhaliyə çatdırılması üçün 48 saata ehtiyac var. Hələbdə 2 milyon insanın 4 gündür evlərində su yoxdur və toqquşmaların davam etdiyi şəhərdə ciddi səhiyyə problemləri var.

ABŞ isə Rusiyanın Hələbə humanitar yardımların çatdırılması üçün gündə 3 saatlıq atəşkəs təklifini məmnunluqla qarşıladığını bildirib.

Xəbər lenti
0