Aralıq dənizində insanlıq dramı davam edir

© Photo : www.moas.eu"The Responder" adlı xilasetmə gəmisi dünən 300-dən çox miqrantı boğulmaqdan xilas edib
The Responder adlı xilasetmə gəmisi dünən 300-dən çox miqrantı boğulmaqdan xilas edib - Sputnik Azərbaycan
Abunə olmaq
"The Responder" adlı xilasetmə gəmisi dünən 300-dən çox miqrantı boğulmaqdan xilas edib.

BAKI, 11 avq — Sputnik. Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara cəmiyyətlərinin təşkilatçılığı ilə Aralıq dənizində əməliyyat aparan "The Responder" adlı xilasetmə gəmisi dünən 300-dən çox miqrantı boğulmaqdan xilas edib.

Sputnik Mehr xəbər agentliyinə istinadən xəbər verir ki, dünən səhər saat 7-də Maltadan yola çıxan gəmi avqustun 10-u səhər saatlarında Aralıq dənizinin mərkəzi hissəsində qəzaya uğramaqda olan 4 qayıqdan 327 nəfəri xilas edib.

"Xilas olanlar arasında onlarla qadın və körpə, həmçinin böyüklərin müşayiəti olmadan yola çıxan 11 uşaq var", — deyə məlumatda bildirilir.

Xəbər lenti
0