Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vladimir Putin: Azərbaycan istədiyi yerdən silah ala bilər

© Sputnik / Алексей Дружинин / Mediabanka keçidПрезидент РФ В. Путин встретился с президентом Армении С. Саргсяном
Президент РФ В. Путин встретился с президентом Армении С. Саргсяном - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya prezidenti: Neft ölkəsi olan, sürətlə inkişaf edən iqtisadiyyata, kifayət qədər böyük qızıl-valyuta ehtiyatına malik Azərbaycan əlbəttə ki, istədiyi yerdən istədiyi silahı almaq imkanındadır.

BAKI, 11 avq-Sputnik. Rusiya prezidenti Vladimir Putin neft ölkəsi olan, sürətlə inkişaf edən iqtisadiyyata, kifayət qədər böyük qızıl-valyuta ehtiyatına malik Azərbaycanın istədiyi yerdən istədiyi silahı almaq imkanında olduğunu bildirib. 

Sputnik-in məlumatına görə, Vladimir Putin Moskvada Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Azərbaycana silah satması ilə bağlı sualı cavablandırarkən belə deyib.

Rusiyanın Ermənistana silah çatdırılması ilə bağlı öhdəliklərini yerinə yetirdiyini vurğulayan Putin deyib: "Rusiyanın silahlanma ilə bağlı Ermənistanla işçi proqramı var. Ermənistan KTMT-nın üzvü, bizim müttəfiqimizdir, bizim qarşılıqlı vəzifələrimiz mövcuddur. Rusiya hər zaman öhdəliklərinə sadiqdir və hər zaman onları yerinə yetirir".

Müasir silah bazarında hər bir ölkənin istənilən silahı ala biləcəyini qeyd edən Putin Azərbaycanla bağlı deyib:

"Belə ölkələrdən biri də Azərbaycandır. Neft ölkəsi olan, sürətlə inkişaf edən iqtisadiyyata, kifayət qədər böyük qızıl-valyuta ehtiyatına malik Azərbaycan əlbəttə ki, istədiyi yerdən istədiyi silahı almaq imkanındadır".

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan avqustun 10-da Moskvaya səfər edib. O, Rusiya prezidenti ilə strateji əməkdaşlığın perspektivləri, regional problemlərin həlli ilə bağlı cari məsələləri müzakirə edib.

Xəbər lenti
0