Allahşükür Paşazadə

Allahşükür Paşazadə Fətullah Gülənlə mübarizəyə qoşuldu

64
(Yenilənib 15:41 10.08.2016)
QMİ-nin sədri: Əgər FETÖ silah və tanklarla xalqa qarşı hərəkət edibsə, bu müsəlmanlıq deyil, şeytanlıqdır.

BAKI, 10 avq-Sputnik. Günahsız insanların ölümünə səbəb olanlara müsəlman deməyə heç kəsin haqqı yoxdur".

Sputnik-in məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Ankarada keçirilən 9-cu Avrasiya İslam Şurası Məşvərət Toplantısında belə deyib.

O bildirib ki, əgər FETÖ silah və tanklarla xalqa qarşı hərəkət edibsə, bu müsəlmanlıq deyil, şeytanlıqdır.

Allahşükür Paşazadə Türkiyədə dövlət çevrilişinə cəhd zamanı həyatını itirənlərə rəhmət diləyib, yaralılara tezliklə sağalmalarını arzulayıb: "Azərbaycan xalqı və dövləti olaraq Türkiyə dövləti və xalqının yanındayıq. 15 iyul gecəsi həm Azərbaycan, həm də Türkiyə üçün böyük imtahan oldu. Allaha şükürlər olsun ki, Türkiyə xalqı prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə bu imtahanda qalib oldu. Türk xalqı müstəqilliyinə sahib çıxdı və gələcəyinin asılılıq altına alınmasının qarşısını aldı. FETÖ ilə mübarizəmiz davam edəcək".

64
Teqlər:
Şeyxülislam Hacı Allahşükür Paşazadə, Qafqaz Müsəlmanları İdarəsi, Ankara
Əlaqədar
Görün Allahşükür Paşazadə ABŞ səfirinə nə dedi
Allahşükür Paşazadə Heydər məscidində ilk dəfə xütbə oxuyub
Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik edib
Allahşükür Paşazadə: Bəzi dini icmalar başqa yerlərə işləyirlər
Pişik, arxiv şəkli

Ölüm öpüşü: Pişik sahibinin həyatına belə son qoydu

46
(Yenilənib 23:43 07.07.2020)
Həkimlər qadının orqanizmində bakterial meningitə səbəb olan "pasteurella multocida" bakteriyasını aşkar ediblər

BAKI, 7 iyul — Sputnik. Avstraliyanın Melburn şəhərinin sakini pişiyin cırmaqlaması və yaranı yalamasından sonra ölüb.

Sputnik Azərbaycan "Herald Sun" nəşrinə istinadən xəbər verir ki, 80 yaşlı qadının qohumları onu yataqda şüursuz halda yanında pişiklə tapıblar.

Həkimlər onun orqanizmində bakterial meningitə səbəb olan "pasteurella multocida" bakteriyasını aşkar ediblər.

Pensiyaçı komada doqquz gün keçirib, bundan sonra onu həyat təminatı sistemindən ayırıblar.

Yerli xəstəxanalardan birinin yoluxucu xəstəliklər üzrə direktoru Lindsi Qreyson bildirib ki, ev sahibləri pişiklərinə açıq yaraları yalamağa imkan verməməlidirlər. Eyni zamanda o xəbərdarlıq edib ki, immunitet sistemi pozulmuş şəxslər bu ev heyvanlarından qaçmalıdırlar.

Bakterial meningit bakterial infeksiya nəticəsində baş və onurğa beyni membranlarının iltihabıdır.

46
Əlaqədar
Koronavirus bəlasını dünyaya yayan Çin əhli iyrənc adətindən əl çəkmək niyyətində deyil
Bakıda "pişik əməliyyatı" - VİDEO
Evsiz pişikdən yemək əldə etmək üçün ağlasığmaz kələk - Video
Küçədə pişik gəzdirmək cərimə ilə nəticələndi
Telekanal insanları panikaya saldı, sevdiklərindən ayrıldılar
Azərbaycan Dövlət İqtisad Universitetinin binası

Azərbaycanda universitetin sabiq rektoru vəfat edib

14
(Yenilənib 23:36 07.07.2020)
Mərhum professor Fuad Ələsgərov 1989-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru olub.

BAKI, 7 iyul - Sputnik. Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru, iqtisad elmləri doktoru, professor Fuad Nəsrullah oğlu Ələsgərov dünyasını dəyişib.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bu barədə universitetin rektoru Ədalət Muradov bildirib.

Mərhum F.Ələsgərov 1989-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru olub.

Allah rəhmət eləsin!

14