Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlandı

© facebook/Vafa Valiyeva / Mediabanka keçidMüəllimlər üçün təlimlər
Müəllimlər üçün təlimlər - Sputnik Azərbaycan
Abunə olmaq
2371 nəfəri növbəti mərhələyə keçmək hüququ əldə edib.

BAKI, 10 avq-Sputnik. Respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdilirmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin üçüncü mərhələsi (vakansiya seçimi) başa çatıb.

Təhsil Nazirliyindən Sputnik-ə bildiriblər ki, 4-7 avqust tarixlərində keçirilən vakansiya seçiminə müvafiq keçid balını toplayan bütün namizədlər qatılıb. İştirakçılardan 2371 nəfəri növbəti mərhələyə keçmək hüququ əldə edib.

Vakansiya seçimi mərhələsindən sonra nəticələr və müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə məlumatlar hər bir namizədin şəxsi səhifəsinə göndərilib.

Müsahibə mərhələsinə dəvət olunan namizədlərdən şəxsiyyət vəsiqəsini, ali və ya orta ixtisas təhsili haqqında diplomu və diploma əlavəni gətirmək tələb olunur.

Müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yer üçün kifayət etməyən, bununla da müsahibə mərhələsinə keçmək hüququ qazanmayan namizədlər növbəti yerləşdirmədə iştirak edə bilərlər. Tutulmayan və tədris ili başlayanadək yeni yaranan vakant yerlər isə növbəti yerləşdirmədə elan ediləcək.

Növbəti yerləşdirmənin keçirilmə tarixi barədə əlavə məlumat veriləcək.

Xəbər lenti
0