Rio-de-Janeyroda Olimpiadanı işıqlandıran jurnalistləri daşıyan avtobus atəşə tutulub

Rio-de-Janeyroda jurnalistlər atəşə tutulub

139
(Yenilənib 11:18 10.08.2016)
İnsident avtobus basketbol yarışlarının keçirildiyi məkana doğru hərəkət edən vaxt baş verib.

BAKI, 10 avq-Sputnik. Rio-de-Janeyroda Olimpiadanı işıqlandıran jurnalistləri daşıyan avtobus atəşə tutulub.

İnsident avtobus basketbol yarışlarının keçirildiyi məkana doğru hərəkət edən vaxt baş verib.

Atəş nəticəsində avtobusun şüşələri qırılıb, iki nəfər yüngül xəsarət alıb.

Braziliya polisi insidentlə bağlı hələlik heç bir şərh verməyib.

139