Пресс-центр Sputnik

Türkiyədə Sputnik-ə girişə qoyulan qadağa ləğv olundu

49
CHP-dən olan millət vəkili Ərdoğan Toprak qərarı alqışladığını deyib.

BAKI, 8 avq — Sputnik. Dünyanın 31 dilində yayımlanan Sputnik Beynəlxalq İnformasiya Agentliyinin Türkiyədə yayımına qoyulan qadağa ləğv edilib. Bu barədə ölkənin Telekommunikasiya Nazirliyi bəyanat yayıb.

Sputnik-in Türkiyə bürosunun rəhbəri Tural Kərimov nazirliyin qərarını müsbət qiymətləndirib və əlavə edib:

"Ümid edirəm ki, çox sevdiyim Türkiyəyə girişimə qoyulan qadağa da ən tez zamanda aradan qalxar".

Mövzunu Sputnik-ə şərh edən CHP-dən olan millət vəkili Ərdoğan Toprak qərarı alqışladığını deyib.

"Prezident Ərdoğanın Rusiyaya səfərindən bir gün öncə belə qərarın verilməsi müsbət addımdır. Rusiya Türkiyə üçün vacib qonşudur. Hər iki ölkənin bölgədə ortaq mənfəətləri var. Biz hələ ilk başda Sputnik-ə girişə əngəl qoyulmasına qarşı çıxmışdıq", — deyə CHP-li millət vəkili əlavə edib.

Xatırladaq ki, Türkiyə hökuməti 14 aprel tarixində heç bir xəbərdarlıq etmədən Sputnik-in bu ölkədə yayımına məhdudiyyət qoymuşdu.

49
Teqlər:
Türkiyə, Rusiya, Ərdoğan Toprak, Tural Kərimov, CHP, Sputnik Türkiyə, Sputnik Beynəlxalq İnformasiya Agentliyi
Əlaqədar
Türkiyə Sputnik-ə girişi məhdudlaşdırıb
Rusiya XİN-nin binası, arxiv şəkli

Çexiyanın Rusiyadakı səfirliyinin 20 əməkdaşı “persona non qrata” elan edildi

13
Rusiya Xarici İşlər Nazirliyinin “persona non qrata” elan etdiyi şəxslər Moskvanı 19 aprelə qədər tərk etməlidirlər.

BAKI, 18 aprel - Sputnik. Rəsmi Moskva Rusiya diplomatlarının Çexiyadan çıxarılmasına anoloji qərarla cavab verib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Çexiya Respublikasının Moskvadakı səfirliyinin 20 əməkdaşını “persona non qrata” elan edib.

Həmin şəxslər Rusiyanı 19 aprelə qədər tərk etməlidirlər.

Bundan əvvəl Çexiya respublikasının fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka rəsmi Praqanın rus diplomatları ölkədən çıxaracağı ilə bağlı bəyanatından sonra Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bundan əvvəl RF diplomatiya idarəsində Çexiya hökumətinə sərt etiraz bildirilmiş və cavab tədbirlərinin görüləcəyinin anonsu verilmişdi.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Praqanın hərəkətlərində "Amerikanın izlərini görməmək olmaz".

Nazirlik diplomatların qovulması qərarının 2014-cü ildə Vrbetitsadaki hərbi anbarlarda baş verən partlayışda Rusiya xüsusi xidmət orqanlarının iştirakı ilə bağlı "əsassız və həqiqətdən uzaq bəhanələr"lə əlaqədar verildiyini qeyd edib. 

 

13

Heydər Əliyev prospektində dörd avtomobil toqquşub, ağır xəsarət alanlar var

13
(Yenilənib 23:48 18.04.2021)
“Bağırov körpüsü” adlanan hissəyə yaxın yerdə dörd avtomobilin toqquşması nəticəsində tıxac yaranıb.

BAKI, 18 aprel - Sputnik. Bakıda Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. 

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə “Bağırov körpüsü” adlanan hissəyə yaxın yerdə qeydə alınıb.

4 avtomobilin toqquşduğu qəza nəticəsində 3 nəfər ağır xəsarət alıb. 

Hazırda hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

13