Ruslan Lunyov Rio-2016 Olimpiadasında 10 metr məsafəyə güllə atıcılığı üzrə yarış zamanı

Olimpiadada Azərbaycan idmançısı yarışı dayandırıb

38
(Yenilənib 23:22 06.08.2016)
Ümumilikdə 577 xal toplayan təmsilçimiz sıralamada 15-ci olub.

BAKI, 6 avq-Sputnik. Rio-2016 Olimpiadasında 10 metr məsafəyə güllə atıcılığı üzrə yarış keçirilib. Yarışda 48 idmançı iştirak edib.

Azərbaycandan bu növ üzrə yarışda qadın iştirak etməyib. Start xəttinə bu növdə yeganə həmyerlimiz Ruslan Lunyov çıxıb.

Pnevmatik tapançadan dəqiqliyini yoxlayan idmançımız üçün təsnifat mərhələsi uğursuzluqla sona çatıb.

Ümumilikdə 577 xal toplayan təmsilçimiz sıralamada 15-ci olub.

Növbəti mərhələyə isə ilk 8 yerin sahibləri yüksəliblər.

Qeyd edək ki, Lunyov avqustun 12-də 25 m məsafəyə atəşaçma yarışında da iştirak edəcək.

38
Teqlər:
Ruslan Lunyov, XXXI Yay Olimpiya Oyunları, Rio-2016 olimpiadası
Əlaqədar
Rio-de-Janeyroda partlayış baş verib
Azərbaycanlı akademik avarçəkənlər Rio-2016-nın yarımfinalına yüksəliblər
Azərbaycan Rio-2016 Olimpiadasına qələbə ilə başladı
Rio-de-Janeyroda XXXI Olimpiadanın açılış mərasimi başlayıb
Rio-de-Janeyroda Azərbaycanı kimlər təmsil edəcək?
Oxatma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri

Yığma komandamız Türkiyəyə hazırlaşır - FOTO

1
(Yenilənib 15:00 14.08.2020)
Kamandan oxatma üzrə yığma komandamızın baş məşqçisi deyir ki, onlar yaxın gələcəkdə şəhid generalımız Polad Həşimovun xatirəsinə turnir keçirilməsi təşəbbüsünü irəli sürəcəklər

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 14 avqust — Sputnik. Azərbaycanın kamandan oxatma üzrə yığma komandası Qəbələ Atıcılıq Klubunda məşqlərə start verib. Son altı ay ərzində ilk dəfədir ki, komanda açıq havada təlim-məşqlərə başlayıb. Toplantıların 15 gün davam edəcəyi nəzərdə tutulub. Yığma komandanın məşqçisi Natiq Fazilovun Sputnik Azərbaycan-a bildirdiyinə görə, bu məşqlər olduqca vacib və mütləqdir: “Əslində, bu məşqlər hazırlıq məqsədi ilə nəzərdə tutulmamışdı. Lakin Qəbələdə olanda xəbər gəldi ki, Türkiyənin Antalya şəhərində beynəlxalq turnir planlaşdırılır. Turnir Türkiyənin şəhidi Qəhrəman Baqatırın xatirəsinə həsr olunacaq.

© Sputnik / Ilham Ahmadov
Ox atma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri

Turnirdə 12 dövlətdən iştirakçıların olcağı bildirilib. Buna görə də bizim bu gün Qəbələdə məşqlərdə olmağımız yerinə düşdü və oxatanlarımız çalışacaqlar ki, məşqlərdə yüksək səviyyədə iştirak etsinlər. Qəbələdə hazırda məşqlərdə 12 nəfər idmançı və üç məşqçi iştirak edir".

Yığma komandanın məşqçisi onu da bildirdi ki, ilk həftə idmançıların məşqlərə köklənməsi olduqca çətin keçib. Onun sözlərinə görə, bu, başadüşüləndir, çünki onlar altı aya yaxın idi ki, ancaq evlərdə fərdi şəkildə məşq edirdilər: "Hazırda vəziyyət, demək olar ki, yaxşıdır. Artıq gündə iki dəfə məşqlər edirik və hər məşq zamanı 120-200-dək atışlar edilir. Əlbəttə, bu olduqca böyük əziyyət və güc tələb edən bir məşqdir, ancaq bütün bunlara baxmayaraq çox böyük ümidlərimiz var ki, şanlı bayrağımızı istənilən xarici ölkədə dalğalandıracağıq".

  • Oxatma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri
    © Sputnik / Ilham Ahmadov
  • Oxatma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri
    © Sputnik / Ilham Ahmadov
  • Oxatma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri
    © Sputnik / Ilham Ahmadov
1 / 3
© Sputnik / Ilham Ahmadov
Oxatma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri

Natiq Fazilov həmçinin bildirdi ki, onlar yaxın gələcəkdə şəhid generalımız Polad Həşimovun xatirəsinə turnir keçirilməsi təşəbbüsünü irəli sürəcəklər və bu turnirin beynəlxalq səviyyədə ya Bakı şəhərində, ya da Qəbələdə - qəhrəmanımızın doğma diyarında - olmasına ümid edirlər.

Komandanın üzvü Nəzrin Zamanova son bir necə gündür ki, məşqlərin əla keçdiyini və nəticələrin qalxdığını deyir "İlk günlər yadırğadığımızı hiss etdik, hətta məsafəyə belə çatmaq bizim üçün çox çətin idi. Hazırda əla vəziyyətdəyik və bizə bu şəraiti yaratdıqları üçün minnətdarlığımızı bildiririk".

© Sputnik / Ilham Ahmadov
Ox atma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri

Komandanın üzvü Məhəmmədəli Əliyev də irəliləyişin olduğunu vurğulayır: "Rejimlə işləyirik, uğur əldə etməyə çalışırıq. Uzun müddətdən sonra ilk dəfədir ki, ağır məşqlərdəyik. Artıq uyğunlaşırıq və irəliləyişlər var. Bizim üçün çətin olsa da qaldığımız yerdən davam edərək nailiyyətlər əldə edəcəyimizə əminəm".

1
Hamilə qadın, arxiv şəkli

Doğuma görə cərimə varmış

16
(Yenilənib 14:41 14.08.2020)
Adətən birinci övlad dünyaya gəldikdə valideynlərin məlumatsız olması bu cür gecikmələrə səbəb olur.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 14 avqust — Sputnik. "Şəhər əhalisi arasında da doğumun gec qeydə alınması faktları var, lakin bu rəqəm o qədər də yüksək deyil. Şəhər yerində bu gecikmələrə ad seçimi, yaşayış yerindən uzaqlaşaraq başqa yerdə yaşamaları da səbəb olur. Bəzən gündəlik işlər və problemlər də buna səbəb olur".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə 1 saylı Bakı "ASAN Xidmət" mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin rəisi Rəşidə Mənəfova deyib. O bildirib ki, adətən birinci övlad dünyaya gəldikdə valideynlərin məlumatsız olması bu cür gecikmələrə səbəb olur: "Üzrlü səbəb olmadıqda, bu zaman 10 manat cərimə tətbiq edilir".

16