Olimpiada

Rio-de-Janeyroda XXXI Olimpiadanın açılış mərasimi başlayıb

54
Bakı vaxtı ilə saat 03:00-də başlanan mərasim “Marakana” stadionunda keçirilir.

BAKI, 6 avq — Sputnik. Braziliyanın Rio de Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimi başlayıb.

Bakı vaxtı ilə saat 03:00-də  başlanan mərasim “Marakana” stadionunda keçirilir.

XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan yığma komandası idmanın 18 növü üzrə 56 idmançı  ilə təmsil olunacaq. Azərbaycan millisinin bayraqdarı boksçu Teymur Məmmədov olacaq.

Avqustun 21-dək davam edəcək Rio de Janeyro Olimpiadasında 206 ölkəni təmsil edən 10 mindən çox idmançı 33 növ üzrə 306  dəst medal uğrunda mübarizə aparacaq.

54