Zaqatala qoruğu yandı

© Photo : Nicat IsmailovЗакатальский район. Архивное фото
Закатальский район. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Əraziyə Ekologiya və Təbii Sərvətlər nazirliyinin yerli qurum və FHN-nin Balakən YMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib.

BAKI, 5 avq-Sputnik. Zaqatala Dövlət təbiət qoruğunda yanğın baş verib.

Ekologiya və Təbii Sərvətlər nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi məlumata görə, yanğın saat 20:00 radələrində qoruğun Balakən rayon ərazisindən keçən hissəsində, Qaraçay sahəsinin 01 saylı dolayında qeydə alınıb.

Dərhal əraziyə Ekologiya və Təbii Sərvətlər nazirliyinin yerli qurum və FHN-nin Balakən YMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində ərazidə 6 sot sahədə quru ot və kol-kos yanıb. Baş vermiş yanğın qısa müddət ərzində söndürülüb.

Xəbər lenti
0