Türkiyənin İsveçrədəki səfiri Mehmet Tuğrul Gücük. Arxiv şəkli

İsveçrədəki səfir vəfat edib

22
(Yenilənib 16:47 03.08.2016)
O, uzun sürən ağır xəstəlikdən əziyyət çəkirdi.

BAKI, 3 avq-Sputnik. Türkiyənin İsveçrədəki səfiri Mehmet Tuğrul Gücük vəfat edib.

Sputnik Türkiyə mediasına istinadla xəbər verir ki, diplomat uzun sürən xəstəlikdən sonra avqustun 3-də Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Mehmet Tuğrul Gücük Bodrum şəhərindəki Güllük qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, M.Gücük 1955-ci ildə Ankara şəhərində anadan olub. 1983-1987-ci illərdə Türkiyənin Berlində baş konsulu olub, 1995-1999-cu illərdə Türkiyənin ABŞ-dakı səfirliyində çalışıb. O, 2005-2010-cu illərdə Türkiyənin Bolqarıstanda səfiri vəzifəsində işləyib. 2014-cü ildən isə Türkiyənin İsveçrədə səfiri idi. Ancaq M.Gücük təxminən üç aydır müalicə məqsədilə Türkiyədə olduğundan bu vəzifəni səfirliyin müşaviri Volkan Karagöz icra edirdi.

22
Teqlər:
Mehmet Tuğrul Gücük, İsveçrə, Türkiyə, səfir
Əlaqədar
Keçmiş səfir Azərbaycanın "qara siyahı"sına düşəcək
Röya Ayxan səfir oldu
Səfir: Rusiya Fələstin xalqının yaxın dostudur
Səfir: Ölkələrimizin təhlükəsizlik sahəsindəki əməkdaşlığı uğurludur
Səfir: Azərbaycanla İran arasında bir sıra problemlər aradan qalxıb