BAKI, 3 avq-Sputnik. Yaponiyanın paytaxtı Tokio 2016-ci ildə dünyanın 25 ən yaxşı şəhərlər reytinqinə başçılıq edib.
Sputnik-in məlumatına görə, bu reytinq "Monocle" jurnalının apardığı araşdırmalar nəticəsində müəyyənləşib.
Reytinqin hazırlamasında beynəlxalq marşrutların sayı, içtimai nəqliyyatdakı qiymətlər, gecə həyatı, müstəqil kitab mağazalarının mövcüdluğu və digər amillər nəzərə alınıb.
Reytinqdə ikinci yerdə Almaniya paytaxtı Berlin, üçüncü yerdə isə Avstriyanın paytaxtı Vyana yer alıb.
Reytinqdə sonrakı yerləri Kopenhagen, Münhen, Melburn, Fukuoka, Sidney, Kioto və Stokholm bölüşdürür.
2015-ci ilin reytinqində isə birinci yer Tokio, ikinci — Vyana, üçüncü yer isə Berlinə məxsus olub.
BAKI, 18 yanvar — Sputnik. İnsan alveri insan hüquqlarının ciddi pozuntusu və cinayətin ağır formalarından biridir. Həm milli, həm də transmilli cinayət xarakteri daşıyan "insan alveri" istismar məqsədilə insanların cəlb edilməsi, daşınması, hədələyərək, güc tətbiq edərək qorxudulması, oğurlanması, aldadılması kimi üsullarla insana qarşı zorakılıq kimi başa düşülür.
Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, aşkar olunan qurbanlar arasında uşaqların faiz nisbəti artmaqdadır: hər üç qurbandan biri uşaqdır.
İnsan alverinə qarşı mübarizə məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən maarifləndirici videoçarx hazırlanıb.
Videoçarxı izləməklə insan alveri cinayətindən zərər çəkmiş şəxslərə yardım məqsədilə fəaliyyət göstərən "Qaynar xətt", dünyada insan alverindən gələn gəlirin məbləği və digər detallar barədə məlumatları əldə etmək olar.
https://www.facebook.com/prokurorluq/videos/118373910083559
BAKI, 18 yanvar — Sputnik. Klassik hind musiqisinin görkəmli nümayəndəsi Qulam Mustafa Xan vəfat edib.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 89 yaşlı Qulam Mustafa Xan ötən gün Mumbayda dünyasını dəyişib.
Qulam Mustafa Xan sənətkarlar ailəsində dünyaya gəlib. Onun ailə üzvləri musiqiçilərdən ibarət olub. Şimali Hindistanın məşhur mahnılarını səsləndirən Qulam Mustafa Xana "Ustad" titulu verilib. Klassik hind musiqiqinin ustad sənətkarı sayılan Qulam Mustafa Xan, yaradıcılığı boyu çox sayda ordenlə təltif edilib.
Qulam Mustafa Xanı Hind kinosunun kadrarxası səsi adlandırıblar. Belə ki, sevərək tamaşa etdiyimiz hind filmlərinin əksəriyyətində onun məlahətli səsi eşidilir.
Qeyd edək ki, 2019-cu ildə insult keçirən sənətkarın bədəninin bir hissəsi iflic olub. Mərhum Qulam Mustafa Xanın martın 3-də 90 yaşı tamam olacaqdı.