Həşərat

Şamaxıda 14 yaşlı qızı həşərat sancdı o, öldü

233
(Yenilənib 11:51 03.08.2016)

BAKI, 3 avq-Sputnik. Şamaxı rayonunda həşərat sancan 14 yaşlı qız ölüb.

Sputnik APA-ya istinadla xəbər verir ki, Rayon Polis Şöbəsi hadisənin Şamaxı rayonunun Quşçu kəndində qeydə alındığını bildirib.

Kənd sakini, 14 yaşlı Ruqiyyə Adıgözəlovanı evlərində zəhərli həşərat sancıb. Xəstəxanaya yerləşdirilən R.Adıgözəlova orada ölüb.
Faktla bağlı araşdırma aparılır.

233
Teqlər:
Polis İdarəsi, Şamaxı, həşərat, polis
Əlaqədar
19 yaşlı oğlanı ilan sancdı
İlan iki dostu xəstəxanalıq etdi
62 yaşlı kişini ilan sancıb
FHN əhalini ilan və əqrəbdən qorunmağa çağırıb
Şəkidə 34 yaşlı qadını ilan sancıb
Tibb işçiləri koronavirus xəstələrini qəbul edirlər, arxiv şəkli

Bir gündə 697 nəfər "qara xəbər" aldı

1
(Yenilənib 17:04 04.06.2020)
Ermənistanda son gündə daha 6 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 176-ya çatıb. Xəstəlikdən sağalanların sayı 3454 olub

BAKI, 4 iyun — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 11221-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 697 nəfər artıb.

Ermənistanda son gündə daha 6 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 176-ya çatıb. Xəstəlikdən sağalanların sayı 3454 olub. Hazırda bu ölkədə olan 6841 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə daha 1 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 801-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,6 milyonu keçib, 381 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

1
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
“Sovet möcüzəsi” işə düşüb: Məşhur həkim COVID-lə bağlı gizlinləri açıqlayır
Bu fəlakətdir – Paşinyan etiraf etdi
Gündəlik yoluxma göstəricisinə görə Azərbaycan İtaliyanı keçib
Bu sayğac öz-özünə "qırılan" deyil: artıq 6,5 milyona "dözüb"
Rusiyada dəhşətli mərəzə yoluxanların tən yarısı sağaldı
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirus: sərt karantinə səbəb olan rəqəmlər açıqlandı

30
(Yenilənib 17:19 04.06.2020)
Hazırkı dövrədək ölkəmizdə 6522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3737 nəfər müalicə olunaraq sağalıb, 78 nəfər vəfat edib.

BAKI, 4 iyun — Sputnik. Azərbaycan Respublikasında koronavirus infeksiyasına 262 yeni yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1960 və 1963-cü il təvəllüdlü iki nəfər vəfat edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Sputnik Azərbaycan (@sputnik.az)

Hazırkı dövrədək ölkəmizdə 6522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3737 nəfər müalicə olunaraq sağalıb, 78 nəfər vəfat edib. 2707 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 64 nəfərin vəziyyəti ağır, 75 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 322.574 test aparılıb.

30
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər