Qədim qəbir

Cəlilabadda qeyri-adi məzar daşı tapılıb

149
(Yenilənib 00:04 02.08.2016)
Cəlilabad rayonunun Ləkin kəndindəki qədim qəbiristanlıqda üzərində qeyri-adi yazılar olan məzar daşı aşkarlanıb.

BAKI, 1 avq-Sputnik. Cəlilabad rayonunun Ləkin kəndindəki qədim qəbiristanlıqda üzərində qeyri-adi yazılar olan məzar daşı aşkarlanıb.

Sputnik Azərtac-a istinadla xəbər verir ki, eramızdan əvvəl VI-IV minilliyə aid olduğu güman edilən bu tapıntının hər iki üzündə müxtəlif işarələr əks olunub.

Maddi mədəniyyət nümunəsi araşdırılmaq məqsədilə Cəlilabad Tarix və Diyarşünaslıq Muzeyinə verilib. Məzar daşının üzərindəki işarələrin oxunması üçün Azərbaycan Milli Elmlər Akademiyasının və 7 müxtəlif ölkənin tarixçi alimlərinə müraciət edilib.

Yazını hələ ki, müəyyənləşdirmək mümkün olmayıb. Tarixçilərin işini çətinləşdirən isə indiyə kimi yazılı ədəbiyyatlarda bu kimi işarələrə rast gəlinməməsidir.

Arxeoloji nümunəni aşkar edən tarixçi Elşad Əmənovun sözlərinə görə, çox güman ki, başdaşı üzərindəki yazılar qədim dini inanclarla bağlı astronomik təsəvvürləri göstərir.

O bildirib ki, başdaşının tapıldığı qəbiristanlıqda geniş arxeoloji tədqiqatların aparılması bu işarələrin oxunmasına yardımçı ola bilər.

149
Teqlər:
Azərbaycan Milli Elmlər Akademiyası, Tarix və Diyarşünaslıq Muzeyi, VI-IV minilliyə aid, Ləkin kəndi, Cəlilabad rayonu, Cəlilabad
Əlaqədar
Göz yaşı görməyən məzar daşları
200 illik tarixi abidə ətrafında müəmma