Tank biatlonu yarışları

Azərbaycan tankçıları "Tank biatlonu" yarışlarına qatılıblar

88
Azərbaycan tankçıları "Beynəlxalq Ordu Oyunları - 2016" yarışları çərçivəsində keçirilən "Tank biatlonu" yarışlarında iştirak edirlər.

BAKI, 1 avq-Sputnik. Azərbaycan tankçıları "Beynəlxalq Ordu Oyunları — 2016" yarışları çərçivəsində keçirilən "Tank biatlonu" yarışlarına qatılıblar.

Sputnik Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, müsabiqənin ikinci günündə Azərbaycan, Anqola, Belarus, Venesuela, Zimbabve, Qırğızıstan və Tacikistan tank heyətləri fərdi ustalıqlarını nümayiş etdiriblər.

"Fərdi sürücülük" mərhələsinin tələblərinə əsasən, hər tank heyəti uzunluğu 5 km. olmaqla 3 dairə keçməli, tankın topundan, zenit və qoşa pulemyotlardan atəş açmalıdır. Hər dairədə tanklar maneə və manevr sahələrini, çay və mina sahəsinin zəncirvarı keçidini, kurqan, alov zolağı, tankəleyhinə xəndəyi, eskarp və dağ ətəyi ərazilərdə yaradılmış müxtəlif maneələri dəf edirlər.

Hər atəş mərhələsində şərti düşmənin tank, helikopter və tankəleyhinə heyətlərinin hədəfləri məhv edilməlidir.

Tank heyətlərinin ümumi nəticələri cərimə balları da nəzərə alınmaqla məsafəni qətetmə vaxtı ilə birgə hesablanır. "Fərdi sürücülük" mərhələsinin nəticələrinə görə ən çox xal toplayan 12 komanda yarışların yarımfinalına çıxmaqla "Estafet" mərhələsində iştirak etmək hüququ qazanacaqdır.

88
Teqlər:
Tacikistan, Qırğızıstan, Zimbabve, Venesuela, Belarus, Anqola, Azərbaycan, Müdafiə Nazirliyi, Beynəlxalq Ordu Oyunları - 2016, tank biatlonu, biatlon
Əlaqədar
Azərbaycan hərbçiləri "Beynəlxalq Ordu Oyunları - 2016" yarışlarına qatılıb
Ordu Oyunları-2015-də tank aşıb

Şəhid general-mayorla doğulduğu Qəbələdə izdihamlı vida

441
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan qəhrəman hərbçimiz, general-mayor Həşimov Poladın nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib.

General-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmanca şəhid olub. Onun nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib. Məmləkətinə onunla vidalaşmaq imkanı yaradılıb.

Qeyd edək ki, şəhidimiz sabah paytaxtdakı İkinci Fəxri Xiyabanda son mənzilə yola salınacaq.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu, bu gün isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub.

441
Artilleriya atəşi, arxiv şəkli

Ermənistanın daha bir hərbi obyekti darmadağın edildi - VİDEO

416
(Yenilənib 23:31 14.07.2020)
Dövlət sərhəddinin Tovuz istiqamətində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin intensiv atışması davam edir.

BAKI, 14 iyul — Sputnik. İyulun 14-də Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin daha bir hərbi obyekti - bölüyün dayaq məntəqəsi bölmələrimizin dəqiq zərbəsi ilə darmadağın edilib.

Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

416