This photo taken on July 26, 2016 shows behind the church ofSaint-Etienne-du-Rouvray, blocked by police following an attack by two knife-wielding men. French President Francois Hollande that two men who attacked a church and slit the throat of a priest had claimed to be from Daesh, using the Arabic name for the Islamic State group.

Fransa prezidentinin doğulduğu yerdə terror aktı baş verib

74
(Yenilənib 00:49 27.07.2016)
Fransada keşişi öldürüb kilsədə ibadət edənləri isə girov götürüblər

BAKI, 26 iyul-Sputnik. Fransanın şimal-qərbində yerləşən Sent-Etyen-dyu-Ruvr kontonun Ruvr şəhərində, prezident Fransua Ollandın doğulduğu yerdə naməlum şəxslər kilsəyə hücum ediblər. Onlar bıçaqla silahlanaraq kilsədə ibadət edən insanları girov götürüblər. İlkin məlumata görə, 6 nəfərin girov götürüldüyü bildirilir.

Hücum edən şəxslər kilsənin arxa qapısından daxil olublar. İnsident bu gün yerli vaxtla saat 9:45-də baş verib.
Girov götürülənlər kilsənin keşişi və digər dini rütbəli əməkdaşlarıdır. Kilsəyə hücum barədə həyəcan siqnalını buradan qaçmağa müvəffəq olmuş iki kilsə xadimi verib.
Hadisə yerinə xüsusi təyinatlı polislər cəlb edilib. Xüsusi əməliyyat nəticəsində hər iki hücumçu şəxs məhv edilib.

BFMTV cinayətkarların kilsə binasından çıxarkən öldürüldüyünü xəbər verib. Girov götürülən şəxslər salamat qurtarıblar.

Fiqaro qəzetinin yazdığına görə, kilsənin baş keçisi aldığı xəsarətdən yerindəcə keçinib. Digər iki şəxs isə olumla ölüm arasındadır.

Cinayətkarlarla bağlı hələlik heç bir məlumat yoxdur.

Şahidlərin sözlərinə görə, cinayətkarlardan birinin saqqalı və başında müsəlmanların fəsi olub.

Hücumun səbəbləri hələlik bəlli deyil. İşi antiterror prokurorluğu icraata götürüb.

"Aydındır ki, bu aqressiv akt məqsədli şəkildə törədilib və daha əvvəlcədən planlaşdırılıb" — deyə Fransa Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Pyer-Anri Brand bildirib.

Prezident Fransua Olland və daxili işlər naziri Bernar Kaznev də hadisə yerinə gəliblər.

Ötən ilin noyabrından etibarən Fransada fövqəladə vəziyyət rejimi davam edir. Məhdudiyyətin müddəti iyulun 14-də Nitsada baş verən terror aktından sonra daha yarım il uzadılıb. Nitsada baş verən terror aktılnda 84 nəfər həyatını itirib.

74
Teqlər:
Bernar Kaznev, Fransa Daxili İşlər Nazirliyi, Sent-Etyen-dyu-Ruvr, Fransua Olland, Fransa
Əlaqədar
Fransa yenidən təşviş içində
İŞİD Fransa terrorunun məsuliyyətini öz üzərinə götürdü
Bakıdakı Fransa liseyindən terror açıqlaması
Fransa Prezidenti orduya əmr verdi: "Onların yuvalarına girəcəyik"
Fransa şokda: 84 ölü, 150 yaralı
 Distant təhsil, arxiv şəkli

Nazirlik bu ərazilərdə simsiz rabitə şəbəkəsi qurur - Şagirdlərin problemi həll olunacaq

0
(Yenilənib 13:06 23.01.2021)
Hazırda Ağdamın Ayaq Qərvənd, Səfərli və Alıbəyli qəsəbələrində də internet xidmətinə tələbatının ödənilməsi üçün tədbirlər görülür.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 yanvar — Sputnik. Ağdam rayonun müharibədən əvvəl cəbhəyanı əraziləri sayılan qəsəbələrinə simsiz rabitə xətti çəkiləcək. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən cavabda bildirilir. Nazirlikdən verilən məlumata görə, 44 günlük Vətən Müharibəsi zamanı Ermənistanın təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə xeyli ziyan dəyib. Hərbi əməliyyatlar zamanı düşmən tərəfindən Ağdam rayonuna atılmış mərmilər xətt təsərrüfatını zədələyib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən rayonun Qaradağlı, Əfətli, Mirəşelli, Mahrızlı, Çəmənli, Xındırıstan, Rzalar, Təzəkənd, Bənövşələr kəndləri və Dördyol-1, Dördyol-2, Yeni qəsəbə, Baharlı qəsəbələrində təmir-bərpa işləri həyata keçirilib, xətt təsərrüfatının bərpası və xidmətlərin təminatı qısa müddət ərzində təmin edilib. Belə ki, şəbəkənin bərpası məqsədilə 10 kilometrə yaxın zədələnmiş müxtəlif tipli kabellər dəyişdirilib, 60 ədəd dirək yeniləri ilə əvəz olunub. Eyni zamanda abunəçi xətlərinin 13 km uzunluğunda hissəsi normalara cavab verən vəziyyətə gətirilib.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, Ağdam rayonunun Ayaq Qərvənd qəsəbəsində yaşayan sakinlərə genişzolaqlı internet xidmətinin göstərilməsi üçün simsiz rabitə şəbəkəsi qurulub: "Hazırda Səfərli və Alıbəyli qəsəbələrində də internet xidmətinə tələbatının ödənilməsi üçün tədbirlər görülür. Həmçinin rayon ərazisində telefon və yüksək sürətli internet xidmətinə olan tələbat nəzərə alınaraq müvafiq layihələr hazırlanır və mərhələli şəkildə icra edilir. Bütün müraciətlər qeydə alınır, sorğuda qeyd olunan və digər ərazilərin sakinlərinin telefon və internet xidmətləri ilə təminatı istiqamətində işlər davam etdirilir".

Xatırladaq ki, Ağdam Rayon Təhsil şöbəsinin müdiri Mətanət Misirxanova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Ağdam rayonu üzrə təxminən 56 faizə yaxın şagird onlayn təhsilə cəlb olunub: "Müharibədən sonra müəllimlərlə şagirdlər arasında artıq bir vasitə var. Amma müəyyən qisim şagird hələ də təhsildən, müəllim təmasından kənardadır. Bunlar Ağdam rayonu ərazisindəki Səfərli, Alıbəyli, Ayaqqərvənd qəsəbələrinin şagirdləridir. Burada yaşayan şagirdlərlə təmas qurmaq mümkün deyil. Çünki bu ərazilərdə telefon xətti yoxdur. Mobil internetdən istifadə etməyə isə maddi baxımdan imkanları çatmır. Amma biz həmin qəsəbələrdə yaşayan şagirdlərlə daima əlaqə qururuq. Məktəb direktorları və sinif rəhbərləri şagirdləri teledərslərə yönəldirlər ki, onlar teledərsləri izləsinlər. Bununla belə, biz nəzərdə tutmuşuq ki, məktəblər açıldıqdan sonra onlayn dərslərə qoşula bilməyən şagirdlər üçün həmin dərslər sıxlaşdırılmış formada keçirilsin. Bunun üçün də əlavə dərs və məşğələ cədvəlləri hazırlanır".

0
Facebook, Instagram və WhatsApp tətbiqlərinin loqoları, arxiv şəkli

Nazirlikdən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq

0
(Yenilənib 13:00 23.01.2021)
"İnstagram" platformasında pullu xidmət qarşılığında dələduzluq əməllərinin artması müşahidə olunur.

BAKI, 23 yanvar — Sputnik. Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib.

DİN Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, sosial şəbəkələrdə, xüsusən "İnstagram" platformasında pullu xidmət qarşılığında dələduzluq əməllərinin artması müşahidə olunur:

"Aldatma, etibardan sui-istifadə etmək yolu ilə müxtəlif adlar altında təklif edilən xidmətlər sırasında belə səhifə adminləri izləyicilərinə sosial şəbəkə hesab parollarını qırmaq və ya başqa bir şəxsin mesajlarını izlənilməsinin mümkünlüyü ilə bağlı vədlər verir. Bəzən də izləyici sayı çox olan səhifələri satışa çıxararaq, ödənişi onlayn formada qəbul etdikdən sonra səhifələri sifarişçiyə təqdim olunmur.

Virtual məkanda yüksək əmək haqqı müqabilində işə düzəltmək adı ilə də vətəndaşlarımızı aldadan şəxslər "xidmət" göstərirlər. Onlar şəbəkədə yerləşdirdikləri elanlarla bağlı müraciət edən vətəndaşlardan anket məlumatı və qeydiyyatdan keçirmələri üçün müəyyən məbləğdə pul köçürmələrini tələb edirlər. Pullar hesaba köçürüldükdən sonra vəsaitləri çıxararaq həmin səhifələri bağlayırlar.

Çağırışları ilə diqqəti özünə cəlb edən şəxslərin profilləri onu göstərir ki, onların bu "xidmət"lərindən çox təssüf ki, istifadə edənlər də var.

Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesablarına da bu cür dələduzluq faktları ilə üzləşmiş şəxslər tərəfindən çoxsaylı müraciətlər daxil olur. Odur ki, şəbəkə istifadəçilərinə belə məsələlərə diqqətli yanaşmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir ödəniş etməməyi və şəxsi məlumatlarını, fotolarını kənar şəxslərlə paylaşmamağı tövsiyə edirik.

Bir daha vətəndaşlarımızı sosial şəbəkələrdə ayıq-sayıq və diqqətli olmağa çağırır, bu tipli səhifələrə ödəniş etmədən öncə DİN-in təsdiq ikonlu "polisazerbaycan" adlı səhifələrinə yazaraq dələduzluq faktı ilə üzləşmədən məlumat ala bilərlər" - məlumatda qeyd edilir.

0