İntihar

Gəncədə 50 yaşlı qadın intihar edib

53
Onun asılmış cəsədi həyat yoldaşı tərəfindən aşkarlanıb.

BAKI, 25 iyul-Sputnik. Gəncə şəhər Prokurorluğundan verilən məlumata görə, şəhərin Türklər qəsəbəsində yaşayan 1966-cı il təvəllüdlü Qəribə Məmmədova yaşadığı evdə özünü iplə asaraq intihar edib.

Onun asılmış cəsədi həyat yoldaşı tərəfindən aşkarlanıb. Üç övlad anası olan qadının uzun zamandır kəskin xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

53
Teqlər:
cinayət məcəlləsi, intihar, prokurorluq, Gəncə
Əlaqədar
Azərbaycanda qocalar niyə intihar edir?!
Saxlanılan şəxs polis idarəsində intihar etdi
İmişlidə 17 yaşlı gənc intihar edib
Həmkəndlisini güllələyib, sonra intihar etdi
Əlli yaşlı qadın intihar edib
Əli qandallanmış kişi polis bölməsində, arxiv şəkli

İlin birinci yarısının kriminal hadisələri: Törədilən cinayətlər

1
(Yenilənib 20:30 23.07.2021)
Prokurorluq orqanları tərəfindən yarım il ərzində 444, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 6399 cinayət işinin ittiham aktları ilə məhkəmələrə göndərilməsi təmin edilib.

BAKI, 23 iyul — Sputnik. İyulun 23-də Baş prokuror Kamran Əliyevin sədrliyi ilə 2021-ci ilin birinci yarımilində prokurorluq orqanları tərəfindən “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri və ilin birinci yarısının hesabatı açıqlanıb.

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, müşavirədə bir sıra məsələlər müzakirə olunub, görülən işlər üzrə statistikalar açıqlanıb.

8197 cinayət işinin istintaqı tamamlanıb

Qeyd olunub ki, 6 ay ərzində ölkə üzrə cəmi 8197 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 671-i prokurorluq orqanlarında istintaq edilib. Prokurorluq orqanları tərəfindən 444, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 6399 cinayət işinin ittiham aktları ilə məhkəmələrə göndərilməsi təmin edilib.

Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayət əməlləri üzrə 68 cinayət işi üzrə ibtidai istintaqın aparılıb

Müşavirədə, həmçinin, Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən Vətən müharibəsi gedişində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayət əməlləri üzrə 68 cinayət işi üzrə ibtidai istintaqın aparıldığı, həmin işlər üzrə 8 şəhər, 10 qəsəbə və 519 kəndə baxış keçirildiyi bildirilİB.

Korrupsiya ilə bağlı rəqəmlər açıqlanıb

Cari ilin birinci yarımilində korrupsiya hüquqpozmasına yol verən 267 şəxs barəsində 155 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib. Əlavə olaraq bildirilib ki, həmin cinayət işlərindən 72 şəxs barəsində 25 iş rüşvət alma (passiv rüşvətxorluq), 66 şəxs barəsində 43 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, 54 şəxs barəsində 30 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 28 şəxs barəsində 15 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 14 şəxs barəsində 8 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və digər faktlarla əlaqədar olub.

Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 110 milyon 533 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 37,2 faizinin, yəni 41 milyon 72 min manat hissəsinin ödənilməsinə nail olunub.

Həmçinin, bildirilib ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilən cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 668 min 949 manat məbləğində pul vəsaiti ödənilib.

Bundan başqa, ibtidai araşdırma mərhələsində cinayət işləri üzrə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə 2021-ci ilin birinci yarımili ərzində istintaqı başa çatdırılmış cinayət işləri üzrə 44 milyon manat məbləğində əmlak üzərinə həbs qoyulub.

4 valideynin valideynlik hüquqlarının məhdudlaşdırılmasına dair məhkəmələrdə iddialar qaldırılıb

Müşavirədə qeyd edilib ki, 2021-ci ilin birinci yarımilində Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar idarəsi tərəfindən 70 şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş, həmçinin mülki mühakimə icraatı qaydasında və yetkinlik yaşına çatmayanların işləri üzrə məhkəmələrdə baxılmış işlər üzrə 4 valideynin valideynlik hüquqlarının məhdudlaşdırılmasına dair məhkəmələrdə iddialar qaldırılıb, qanunsuz rəftara, əzab və işgəncələrə məruz qalmaları ilə əlaqədar 6 uşaq sığınacaq və körpələr evinə yerləşdirilib.

522 şəxs barəsində 424 cinayət işi üzrə qəbul edilmiş hökmdən və ya məhkəmənin digər qərarından apellyasiya protesti verilib

2021-ci ilin birinci yarımilində 522 şəxs barəsində 424 cinayət işi üzrə qəbul edilmiş hökmdən və ya məhkəmənin digər qərarından apellyasiya protesti, 369 şəxs barəsində 321 cinayət işi üzrə qəbul edilmiş hökmdən və ya məhkəmənin digər qərarından isə kassasiya protesti verilib.

Bütün dövlət orqanları üzrə 14 min 928 cinayət qeydə alınmışdır ki, bunun yalnız 1%-i xüsusilə ağır cinayətlər təşkil edib

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsi olaraq, 2021-ci ilin birinci yarımilində əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 14 min 928 cinayət qeydə alınıb ki, bunun yalnız 1%-i xüsusilə ağır cinayətlər təşkil edib, daxili işlər orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 207 cinayətin açılması təmin edilib, 435 cinayətkar qrup zərərsizləşdirilib.

Narkotiklə mübarizə üçün yeni işçi qrupu yaradılacaq

Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə bağlı müvafiq normativ aktların, həmçinin digər sahələr üzrə qanunvericiliyin təkmilləşdirilməsinə dair layihələrin hazırlanmaqla aidiyyəti üzrə təqdim edildiyi bildirilib.

Eyni zamanda, sintetik və təbii mənşəli narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının xüsusilə gənclər arasında istehlakının təbliğ edilməsi hallarının qarşısının alınması istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsi və digər zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə digər dövlət qurumları və hüquq-mühafizə orqanları ilə birgə İşçi qrupun yaradılması qərara alınıb.

17 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib

2021-ci ilin birinci yarımilində xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılmış, aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 17 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

Həmçinin oxuyun:

 

1
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Müdafiə Nazirliyində təyinatlar davam edir - SƏRƏNCAMLAR

486
(Yenilənib 20:25 23.07.2021)
Ali Baş Komandan İlham Əliyev imzaladığı sərəncamlarla Müdafiə Nazirliyində bir sıra yeni təyinatlar həyata keçirib.

BAKI, 23 iyul - Sputnik. General-mayor Ənvər Zəkəriyyə oğlu Əfəndiyev müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Ə.Əfəndiyev Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Həmçinin General-leytenant Nizam Ramazan oğlu Osmanov müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, N.Osmanov Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

General-mayor Kənan Əlihüseyn oğlu Seyidov isə Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini - qərargah rəisi vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, K.Seyidov 5-ci Ordu Korpusunun komandiri təyin olunub.

Prezidentin digər sərəncamı ilə general-mayor Əliyev Azər Əli oğlu Hərbi Akademiya rəisinin tədris üzrə müavini vəzifəsindən azad edilərək, Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Prezidentin daha öncə imzaladığı sərəncamlarla General-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib, Ayaz Binnət oğlu Həsənov isə Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müavini – Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Həmçinin oxuyun:

Prezident Nəcməddin Sadıkovun müavinini vəzifədən azad etdi

Azərbaycan Ordusunun Baş qərargah rəisi təyin edildi

486